Aeratravel.az
Aeratravel.az

Lamborghini tam elektrikli avtomobilini elan edir

  • 1 158
  • 0
  • 24-05-2021, 16:37
Lamborghini tam elektrikli avtomobilini elan edir Lamborghini uzun müddət tamamilə elektrikli bir avtomobilə keçməkdən geri qaldı, ancaq indi öz mövqeyindən imtina edərək, gələcək tam elektrikli avtomobili elan etdi.

İtalyan super avtomobil istehsalçısı uzun müddət batareyalı elektrikli nəqliyyat vasitələrinin yüksək performanslı avtomobillər üçün bir seçim ola biləcəyi fikrini rədd etdi.


2018-ci ildə Lamborghini-nin direktoru Maurizio Reggiani, elektromobil haqqında – “Hədəfimiz - super avtomobil yaratmaqdır, ancaq bu xüsusiyyətlər enerji və güc baxımından bir batareya ilə mövcud deyil" dedi.


İndi VW ID.R, Tesla Roadster kimi digər elektrikli super avtomobillər yaradıldıqdan sonra batareya bloklarının Lamborghini avtomobilində gözlənilən performansı təmin edə biləcəyini inkar edə bilmədilər.


Avtomobil istehsalçısı elektrikləşdirmə üzrə yol xəritəsini açıqladı. Əsas məsələ, hibrid güc aqreqatları olmasına baxmayaraq, Lamborghini 10 illiyin II yarısında tamamilə elektrikli bir avtomobilə sahib olacağını təsdiqlədi: “İlk tamamilə elektrikli Lamborghini artıq layihələndirilir,  10 illiyin II yarısı tamamilə elektrikli nəqliyyat vasitələrinə həsr ediləcəkdir. Və bu mərhələdəki bütün texnoloji yeniliklər, üstün məhsulun göstərilməsinə və yeni məhsulun öz seqmentinin ən üstündə yerləşməsinə yönəldiləcəkdir".


Lamborghini, yolunun bu hissəsinin zirvəsini belə görür: şirkətin yol xəritəsi ilə göstərilən bürcün ən parlaq ulduzu Cor Tauri dördüncü tam elektrikli modellə təmsil olunacaq.


Lamborghini-nin baş direktoru Stefan Winkelmann gələcək avtomobil haqqında - “Ən azı 2 + 2 və ya dörd nəfərlik olacaq. Əsasən, hal-hazırda iki qapılı avtomobil nəzərdə tuturuq, lakin gövdə tipi və ya güc çıxışı barədə hələ bir qərar vermədik” - deyərək şərh etdi.

Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu


Şərhlər