Masin.az saytı “Audi Klub Azərbaycan” klubu ilə əməkdaşlığa başladı

  • 199
  • 0
  • 15-04-2022, 22:50
Masin.az saytı “Audi Klub Azərbaycan” klubu ilə əməkdaşlığa başladı

Masin.az saytı “Audi Klub Azərbaycan” klubu ilə əməkdaşlığa başladı. Bu, bizim üçün olduqca sevindiricidir.

Masin.az fəaliyyətinin ilk günündən sosialyönümlü layihələrə üstünlük verib, həmişə də avtomobil ekspertlərinin, bir sıra klubların dəstəyini hiss edib. İndi isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırmağın vaxtıdır.

Biz bundan sonra əməkdaşlarımızla daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra uğurlu işlər görməyə çalışacağıq. Əlbəttə ki, əsas fayda klub üzvlərinə saytımızın endirim təkliflərindən maksimum faydalanmaq şansını verməkdir. Həmçinin, digər avtomobil elanı saytlarından fərqli olaraq, masin.az saytında elan müddəti və sayı üçün heç bir limit yoxdur. 

Audi şirkəti cəmiyyətə müasir nailiyyətlərin bələdçisidir. Şirkət və onun məhsulları daim inkişaf edir, müştərilərinə avtomobil dünyasındakı ən proqressiv yenilikləri təqdim edir, elmin son nailiyyətlərini yeni modellərə uğurla təqdim edir.

"Audi Klub Azərbaycan" 2017-ci ilin aprel ayının 7-də yaradılıb. Klubu yaratmaqda məqsəd Audi həvəskarlarını bir yerə toplamaq, usta və ehtiyat hissələrinin tapılmasında yardımçı olmaq, Audi haqqında mənfi düşüncəni aradan qaldırıb dostlaşdırmaqdır . 5 illik fəaliyyət dövründə klub rəhbərliyi müxtəlif tədbirlər keçib, Audi həvəskarlarını bir yerə toplayıbdır. 

Artıq “Audi Klub Azərbaycan” klubunun üzvləri Masin.az saytındakı ödənişli funksiyalar üçün 25% endirim əldə edə biləcəklər. Ödənişli funksiyaların qiymətləri aşağıdakı kimidir:

VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan: 1 aylıq 25 manat

Bunun üçün klub üzvünün öz elanını Masin.az saytında yerləşdirərək, sayta ödəniş üçün müraciət etməsi, klubun üzvü olduğunu və kupon kodunu bildirməsi yetərlidir (kupon kodu: AUDIKLUB2022).

Həmçinin, biznesi olan klub üzvləri üçün saytımızda reklamlar xüsusi şərtlərlə aparılacaq.

Etimad göstərdikləri üçün klubun administratorları Hüseyn bəyə, Osman bəyə, Hikmət bəyəİsak bəyə təşəkkür edirik.

Şərhlər