Aeratravel.az
Aeratravel.az

MAZDA MOTOR CORPORATION

  • 680
  • 0
  • 15-04-2022, 23:33
MAZDA MOTOR CORPORATION

MAZDA MOTOR CORPORATION HAQQINDA

Mazda Motor Corporation (yaponca matsuda kabusiki-qaysya マツダ株式会社), qısa: Mazda - yapon maşınqayırma şirkətidir. Mənzil-qərargahı Hirosima şəhərindədir, Sumitomo qrupuna daxildir. 2015-ci ildə dünyada avtomobil istehsalının həcminə görə avtoistehsalçı on beşinci olub.

1920-ci ildə sərmayəçilər qrupu ilə birlikdə, sadə balıqçı oğlu Dzyudziro Matsuda (yaponca 松田 重次郎 1875-1952), Abemakadakı müflisləşmiş tikinti şirkətini alır. Müəssisənin əsas məhsulları tıxac ağacından hazırlanan məmulatlar idi, şirkəti Toyo Cork Kogyo Ltd adlandırdılar və 1921-ci ildə Matsuda onun prezidenti oldu. 1920-ci illərdə müəssisə bir neçə dəst bazarda tanınmayan sınaq üçün motosiklet istehsal etdi (mənbə göstərilməyib 512 gün), əsas məhsulları isə maşınqayırma avadanlıqları oldu.

1930-cu ildə Toyo Kogyodan ("Cork" - "tıxac" sözü 1927-ci ildə adından çıxarılıb) olan motosikllərdən biri yarışda qalib gəldi, bununla da istehsalçının nəqliyyat vasitələrinə maraq yarandı. 1930-cu illərdə şirkət əsasən xarici nümunələrə oxşadılan trisiklların istehsalına başladı. 1931-ci ildə şirkətin adını, ali Zərdüşt allahı "Ahura Mazda"nın adından götürərək "Mazda" adlandırdılar - konsernin təsisçisinin soyadı ilə sıx bağlıdır. 1932-ci ildə trisiklların Çinə ticari ixracatı başladı. II dünya müharibəsi zamanı oxşar maşınlar yapon ordusuna verilirdi.

1948-ci ildə Amerika bombardmanından sonra Mazda zavodu bərpa edilərək, üç təkərli yük avtomobillərinin istehsalına yenidən başladı , bir il sonra konsernin qurucusunun oğlu Tenudzi Matsuda idarə heyətinin sədri oldu.

1960-cı ildə istehsalçının ilk avtomobili - arxa mühərrikli, dördyerli, mikrolitrajlı kupe Mazda R360, bir il sonra isə Proceed B-series 1500 pikapı və 1962-ci ildə iki və dörd qapılı sedanlar - Carol 360 və Carol 600 yarandı.

1963-cü il ilk Mazda rotor mühərrikin yaranması ili kimi qeyd edildi. Avtomobillərin xaricə ixracı, Mazda Familia universalının Yeni Zelandiyaya satılması ilə başlandı, bu maşın 1967-ci ildə Avropa bazarında iki ban versiyasında debüt edirdi. Həmin vaxt, şirkət ilk Vankel rotor-porşen mühərrikli seriyalı avtomobilinin istehsalına başladı - Mazda Cosmo Sport (110S). 1970-ci ildə Mazda bu cür mühərrik ilə 100 min avtomobili istehsal etmişdir.

1968-ci ildə Mazda rəsmi olaraq Kanada və 1970-ci ildə ABŞ bazarına girdi.

1969-cu ildə yapon avtomobil şirkəti Ford Motor ilə avtomatik ötürülmələrin inkişafı sahəsində əməkdaşlıq müqaviləsi imzaladı. Bundan əlavə, Yeni Zelandiyadakı zavodun tikintisi tamamlandı.

Rotor mühərrikli avtomobillər çoxlu sərfiyyat etmələrinə baxmayaraq məşhur idilər. Artıq Familianın rotor mühərriklə təchiz olunmuş ikinci nəsil çıxır. 1970-ci ildə bu mühərrik ilə 100 min avtomobil yığılmışdı.

1971-ci ildə RX-3 adı altında ixrac olunan Savanna yaranır. Bir il sonra, RX-4 kimi tanınan Luce də təqdim olundu. Bu model 1990-cı ilə kimi yapon bazarında ən böyük sedan markası olaraq qalmışdır. Avtomobil ön mühərrik düzənliyini və arxa ötürücülük almışdır.

1972-ci ildə şirkət 5 milyon avtomobil istehsal edir, sonrakı ümumi ixrac isə 1 milyon ədəd təşkil etdi. 1979-cu ildə 10 milyon avtomobil artıq istehsal edilmişdir.

1974-cü ildə neft böhranı baş verdi və bir çox çoxlu yanacaq sərf edən rotor modelləri daha az alınmağa başladı. Şirkət Amerika bazarında həddən artıq asılılıqdan vaxtında can qurtara bilmədi. 1975-ci ildə böyük itkilərlə qarşılaşdı və iflasa uğramaq idi. Avtomobil istehsalçısını çökmədən Sumitomo Bankın, eləcə də bir sıra podratçı və distribyutorların müdaxiləsi qurtardı.

70-ci illərin ortalarında Mazda avtoidmanda məhşur yürüşçü Rod Millenin sayəsində dalbadal qələbələr qazandı, Yeni Zelandiyada keçirilən milli ralli yarışlarında, RX-3 ilə üç dəfə çempion titulunu götürdü.

Xoşbəxtlikdən, yanacaq böhranı uğursuzluqları şirkətin rotor mühərrikdən imtina etməsinə səbəb olmadı. Familia ailəsi yetişməyə davam edir və 1978-ci ildə model cərgəsində ən güclü olan RX-7 modeli buraxıldı. 105 at gücündə olan mühərriklə 200 km/saat sürət yığırdı.

1985-ci ildə 185 at gücündə mühərriki olan ikinci nəsil RX-7 təqdim edildi. Üçüncü nəsil 1991-ci ildə çıxdı və 2002-ci ilə qədər davam etdi.

1979-cu ildə Ford Motor Toyo Kogyonun 25% səhmini alır. 1996-cı ildə Amerika avtomobil şirkəti 33% paya sahib idi. Ford ilə əməkdaşlıq edən marka, yeni bir mühərrikli Bongo furqonunun üçüncü nəsilini buraxır.

1981-ci ildə markanın Avropada nümayəndəliyi açıldı. 1983-cü ildə Motor Trend jurnalına görə Capella modeli ən yaxşı idxal maşını oldu.

Həmin ildə aerodinamik test laboratoriyası istifadəyə verildi. Şirkət Kia Motors səhmlərinin 8% -ni alır.

1984-cü ildə şirkət istehsal etdiyi avtomobillər markasının adını götürür və Mazda Motor Corporation adlandırmağa başlayır.

İki il sonra, Motor Trend RX-7-ni ilin idxal avtomobili adlandırır. Model, Bonnevilledə 383.724 km/saat sürətə çataraq milli sürət rekordunu qırdı. 1987-ci ildə, RX-7-nin 20 illiyinə görə, kabriolet banlı versiyası buraxıldı.

1989-cu ildə Çikaqo avtosalonunda avtoşirkət dəbli görünüşü və aşağı qiyməti ilə məşhur olan MX-5-i təqdim etdi. İkiyerli avtomobil əsasən Amerika ictimaiyyəti üçün nəzərdə tutulmuşdu, lakin dünyanın bir çox ölkələrinin bazarlarını qazandı.

1994-cü ildə Mazda Hirosimada muzey açdı, həmçinin E-sinif bazasında yaradılmış, sıxılmış qazla çalışan yük maşını və elektromobil təqdim edir.

1995-ci ildə Mazda2 kimi tanınan Demio ailə avtomobili yaranır. İndi "İlin Avtomobili" adını alan modelin dördüncü nəsli buraxlır.

Mazda2 yarananda onun uğuru avtoistehsalçının özü üçün də gözlənilməz oldu. Daha sonra Opel Meriva, Fiat Idea və Renault Modus kimi B-seqmentli minivanların qalib gedişini təyin etdi.

1999-cu ildə Tribute and Premacy modeləri yaranır. Növbəti il Detroit avtosalonunda RX-Evolve konsept-karı təqdim olundu, hansı ki, RX-7-nin əvəzinə gəlmiş, istehsal variantında RX-8 adlandırılmışdır.

2010-cu ildə model yeniləndi: o yeni ön və arxa bamperlərlə, LED fənərlərlə təchiz olundu.

2009-cu ildə Mazda yanacaq səmərəliliyi və mühərrik gücünü artırmaq üçün nəzərdə tutulmuş ilk SkyActiv texnologiyasını təqdim etdi. Onlar 2011-ci ildən etibarən istehsalına başlanmış avtomobillərə sızmağa başladı və yeni mühərriklərə, transmissiyalara, banlara və şassilərə istifadə edilmişdir. Avtomobilin optimallaşdırılması, hibrid modellər ilə bir sıraya qoyaraq, yanacaq istehlakını əhəmiyyətli dərəcədə azaltmışdır. Eyni zamanda, Mazda maşınlarının dinamik xüsusiyyətləri və idman xarakterini rədd etməmişdir.

2010-cu ildə şirkət dəbin yeni dilini "KODO - hərəkətin ruhu" təqdim etdi, hansə ki, hərəkətin gücünü və gözəlliyini təcəssüm etdirir və markanın bütün yeni modellərində istifadə olunur.

2011-ci ildə Mazda CX-5 idman krossoveri SkyActiv texnologiyası ilə debüt edirdi. 2012-ci ildən bu avtomobil Vladivostok zavodunda yığılırdı.

2011-ci ildə Mazda Motor şirkəti və Rusiya İqtisadi İnkişaf Nazirliyi, Primorsk vilayətndə avtomobillərin yığılması üçün avtomobil yığma zavodunun yaradılmasını nəzərdə tutan müqavilə imzaladılar.

2012-ci ildə yapon avtomobil şirkəti ilə Rus şirkəti Sollers arasında bərabər əsasda birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb. Rusiyada avtomobillərin yığılması üzrə zavod 2012-ci ilin oktyabr ayında işə başladı. Burada iki model istehsal olunur: Mazda 6 sedanı və Mazda CX-5 krossoveri. Müəssisənin layihə gücü ildə 100 min avtomobil təşkil edir.

İndi Mazda Motor şirkəti Yaponiyada üç, ABŞ, CAR, Cənubi Koreya, Hindistan, Tayland, Malayziya, Vyetnam və Belçika da daxil olmaqla 18 xarici zavodu var. Onun model diapazonu idman xarakterli avtomobilləri əhatə edir, çünki ən çox onlar rotor-porşen mühərrikinin potensialını göstərirlər.

Bir neçə onillik ərzində Mazda hidrogenli nəqliyyat vasitələri sahəsində araşdırmalar aparır. Xüsusilə, şirkət kompakt minivan Premacy modelinin hibrit versiyasını yaratmışdır. Bu, həm benzinlə işləyən rotor, həm də hidrogen ilə işləyən mühərriklə təchiz olunmuşdur.

2010-cu ildə Toyota və Mazda, Toyota Prius-da istifadə olunan hibrid texnologiyasını birlikdə istifadə etmək üçün nəzərdə tutan müqavilə imzaladılar.

Bundan əlavə, Mazda materialların təkrar emalından sonra istifadə istiqamətini inkişaf etdirir. Beləliklə, 2008-ci ildə daxili konsolu bioplastikdən, həmçinin oturacaqları biosapdan olan Mazda5 modelini göstərildi. Modelin daxili hissələrinin 30% -i ekoloji təmiz materiallardan hazırlanmışdır.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər