Aeratravel.az
Aeratravel.az

Masin.az saytı “Auto Group Azerbaijan" klubu ilə əməkdaşlığa başladı

  • 1 617
  • 0
  • 16-04-2022, 22:04
Masin.az saytı “Auto Group Azerbaijan" klubu ilə əməkdaşlığa başladı

Masin.az saytı “Auto Group Azerbaijan" klubu ilə əməkdaşlığa başladı. Bu, bizim üçün olduqca sevindiricidir.

Masin.az fəaliyyətinin ilk günündən sosialyönümlü layihələrə üstünlük verib, həmişə də avtomobil ekspertlərinin, bir sıra klubların dəstəyini hiss edib. İndi isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırmağın vaxtıdır.

Biz bundan sonra əməkdaşlarımızla daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra uğurlu işlər görməyə çalışacağıq. Əlbəttə ki, əsas fayda klub üzvlərinə saytımızın endirim təkliflərindən maksimum faydalanmaq şansını verməkdir. Həmçinin, digər avtomobil elanı saytlarından fərqli olaraq, masinbazari.com saytında elan müddəti və sayı üçün heç bir limit yoxdur. 

Klub 09.06.2019 tarixində yaradılıb. İdarə heyətinin üzvləri: Pərviz Hüseynov, Samir Hacıyev, Məmməd Məmmədov, Iradə Hüseynova.

Klubda bütün markalardan olan avtomobil sahibləri iştirak edə bilər. Yaradılmasında məqsəd avtomobil həvəskarlarını bir yerə toplayaraq, vaxtı səmərəli keçirmək, bilmədiklərimizi mütəxəssislərdən öyrənmək, klub üzvlərinin avtomobilində hər hansı problem yarandıqda peşəkar ustalar, avtoservislər və ehtiyat hissələri mağazaları tərəfindən dəstək olmaq, əməkdaşlıq çərçivəsində xidmət və məhsullar üçün endirimlərdən yararlanmaqdır, yol hərəkəti qaydalarını təbliğ etməkdir.  Qrupda hər sahədən olan üzvlər var. Vaxtaşırı olaraq xeyriyyə aksiyaları keçirilir. Klubun özünün xeyriyyə fondu var. Fonddakı maliyyə xeyriyyə və müəyyən vaxtlarda klub üzvlərinin radarlarının ödənilməsi məqsədilə xərclənir. 

Artıq “Auto Group Azerbaijan" klubunun üzvləri Masin.az saytındakı ödənişli funksiyalar üçün 25% endirim əldə edə biləcəklər. Ödənişli funksiyaların qiymətləri aşağıdakı kimidir:

VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan: 1 aylıq 25 manat

Bunun üçün klub üzvünün öz elanını Masin.az saytında yerləşdirərək, sayta ödəniş üçün müraciət etməsi, klubun üzvü olduğunu və kupon kodunu bildirməsi yetərlidir (kupon kodu: AUTOGROUPAZ2022).

Həmçinin, biznesi olan klub üzvləri üçün saytımızda reklamlar xüsusi şərtlərlə aparılacaq.

Etimad göstərdiyi üçün klubun idarə heyətinin üzvləri  Pərviz bəyə, Samir bəyə, Məmməd bəyəİradə xanıma təşəkkür edirik.

Şərhlər