Aeratravel.az
Aeratravel.az

Niyə avtomobil termometri demək olar ki, həmişə "aldadır"?

  • 618
  • 0
  • 19-04-2022, 12:11
Niyə avtomobil termometri demək olar ki, həmişə "aldadır"?

Müasir avtomobil hər növ elektronika ilə ən son texnologiya ilə təchiz edilmiş son dərəcə mürəkkəb texniki cihazdır. Təbii ki, zaman keçdikcə onun bəzi komponentləri, qovşaqları və sistemləri sıradan çıxır. Amma elə də olur ki, avtomobil təzə olduğu üçün sahibinə çox qəribə göstəricilər göstərir. Məsələn, küçə termometrinin məlumatları, bəzən reallıqdan çox fərqli olur. “AVTO KLUB AZƏRBAYCAN”  bu cihazların niyə tez-tez avtomobillərimizdə "yalan" danışdığına aydınlıq gətirəcək.

Avtomobildəki xarici temperatur qurğusu göründüyündən daha faydalı bir cihazdır. Bəli, onun əsas funksiyası sürücüyə havanın temperaturu barədə məlumat verməkdir. Lakin, müasir avtomobillər daha mürəkkəb "orqanizmlər" dir, burada hətta belə kiçik qurğular da xüsusi funksionallığa malikdir.

Məsələn, fırçaların və borucuqların qızdırılması bu qurğuya bağlana bilər. Həmçinin, termometr sayəsində avtomobil, buz əmələ gəlməsi riski barədə sizi xəbərdar edir. Bəs bəzən alətlər panelindəki məlumatlar əslində olduğundan əhəmiyyətli dərəcədə fərqlənirsə, onda bunlar necə işləyir?

Temperatur qurğusu, bir qayda olaraq, ön bamperin arxasına quraşdırılır (bəzən yan arxa görünüş güzgülərində yerləşdirilir). Niyə məhz burada? Məsələ burasındadır ki, bamperin arxasında o qədər də isti olmur. Mühərrikdən isti hava bura gəlmir, çünki xaricdən havanı mühərrik bölməsinə aparan sərinləşdiricinin soyuducu pəri buna imkan vermir. Avtomobil sürərkən qarşıdan gələn hava axınları da eyni effekti yaradır. Bəs onda nə məsələdir, niyə göstəricilər fərqlidir?

Əgər siz, diqqətli sürücüsünüzsə, yəqin ki, qurğunun əslində sıfırın altındakı temperaturda aldatmadığına diqqət yetiribsiz. Amma, yaz-yay mövsümünün başlaması ilə onun başına qəribə metamorfozlar gəlməyə başlayır. Avtomobil uzun müddət günəş altında qaldıqda və ya tıxacda yavaş hərəkət etdikdə ətraf mühitin temperaturu və bort kompüterinin göstəriciləri fərqlənir. Bəs mühərrikin qurğuya istilik təsiri minimaldırsa, niyə “yalan danışmağa” başlayır?

Bu, termometrin nasazlığı deyilsə, çox vaxt həddindən artıq isinmiş yol səthi, aldatma səbəbi olur. Asfalt nə qədər tünd olarsa, bir o qədər isinir və daha çox istilik verir. Avtomobil dayandıqda və ya tıxacda asta hərəkət edərkən temperatur qurğusu buna məhəl qoymaya bilməz. Buna görə də, hisslərinizin və bort kompüterinin göstəricilərinin təəccüblü şəkildə fərqlənməsi tamamilə təbiidir.

Ancaq, elə ki, boş yolda hərəkətə başlayanda, hər şey öz qaydasına düşür. Qarşıdan gələn hava axını termometrin yerləşdiyi yerdə mühərrik bölməsini və bamperin arxasındakı boşluğu havalandırır və alətlər panelindəki rəqəmlər dəqiqliyə yaxınlaşır.

Buna baxmayaraq, güc qurğusunun özünün qızmasından, temperatur qurğusu tez-tez göstəriciləri çox qiymətləndirir. Baxmayaraq ki, cəmi bir neçə dərəcə fərqlənir. Deməli, burada heç bir sehr və hiylə yoxdur. 


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər