Aeratravel.az
Aeratravel.az

Elektron dayanacaq əyləci istifadəsinin bütün mənfi cəhətləri

  • 775
  • 0
  • 19-04-2022, 18:42
Elektron dayanacaq əyləci istifadəsinin bütün mənfi cəhətləri

Elektron dayanacaq əyləci ağıllı və faydalı sistemdir. Çubuq, bir düyməyə çevriliи, onu basmaqla elektronikanın özü əyləc yastıqlarını disklərə sıxır və vəziyyət tələb etdikdə onları buraxır. Belə bir sistemin mənfi cəhətləri varmı? Əlbəttə ki, var. “AVTO KLUB AZƏRBAYCAN” elektron əyləcin bütün nöqsanlarını öyrənib.

Elektron dayanacaq əyləcinin görünüşünü 2001-ci il buraxılışı olan BMW 7 modelinə borcluyuq. Onun sayəsində sadə görünən sistemin funksionallığı maşınlar üçün əhəmiyyətli dərəcədə genişləndi. Elektron əyləc ilə bunu avtomobillərdə həyata keçirmək mümkün oldu: geriyə getmə əleyhinə sistem; avtomatik ötürmə qutusu olan avtomobillərdə "Drive" rejimi aktiv olduqda, əyləc pedalını buraxmağa imkan verən avtomatik tutma sistemi; avtomobili avtomatik olaraq "əl əyləcinə" qoyan və ondan çıxaran sistem. Sürücünün bunu xatırlamağa belə ehtiyacı yoxdur, sadəcə pedallara toxunmaq və ya işəsalmanı söndürmək kifayətdir. Həmçinin, sürücü təhlükəsizlik kəmərini taxmayıbsa və ya qapılardan biri açıq olduqda avtomobilin hərəkətinə imkan verməyən sistem. Deyə bilərsiz ki, tamamilə rahatlıqdır. Əsla. Bu funksiyanın mənfi cəhətləri də var.

Elektron dayanacaq əyləcinin meydana gəlməsi ilə əyləc sisteminin qurluşu daha da mürəkkəbləşdi - supportlar diskdəki yastıqları bağlayan porşeni idarə edən elektrik mühərrikləri aldı. Əslində bu, mənfi cəhətlərdən biridir.

Birincisi, sizdən “Auto Hold” funksiyasına malik elektron dayanacaq əyləci üçün baha qiymətlər ödəməyiniz tələb olunacaq. Fakt: sistem maşının qiymətini əhəmiyyətli dərəcədə artırır.

Sonra isə əyləc sisteminin qulluğuna və təmirinə getməlisən, bu, ön oturacaqlar arasında yerləşən çubuq və əyləc diskindəki yastıqları sıxan tros olan avtomobillərdən daha mürəkkəb və bahalıdır. Çox güman ki, elektron əyləci özünüzün müayinə etməniz alınmayacaq. Bunun üçün mütəxəssis və kompüter tələb olunacaq. Burada bəzi əlavə xərclər var.

Əgər, avtomobilinizin akkumulyatoru "ölübsə", lakin siz avtomobili bir dayanacaqdan digərinə sürmək və ya təxliyyə avtomobilinə çəkmək lazımdırsa, o zaman bunu dərhal edə bilməyəcəksiniz. Elektrik kəsilməsindən əvvəl işləyən avtomatik əyləc, əyləc yastqlarını boşaltması üçün enerji təchizatını bərpa etməli və ya avtomatik əyləc mexanizminin quraşdırıldığı təkərin ətrafında döyəcləmə prosedurunu yerinə yetirməlisiniz. Bunu etmək üçün təkəri çıxarın, xüsusi bir açar götürün və onun köməyilə yastıqları əl ilə döyəcləyin. Ancaq avtomatik ötürməni bloklamaq üçün dayanacaq mexanizmi də var, onun da kilidini açmaq lazımdır. Ümumiyyətlə, bu bir macəradır.

Bununla belə, elektron dayanacaq əyləci adi "əl əyləcini" əvəz edir. Daha rahat, texnoloji cəhətdən daha inkişaf etmiş, daha ağıllıdır. Əslində, onu bir dəfə aktivləşdirməklə onun varlığını bütövlükdə unuda bilərsiniz. Siz sadəcə olaraq onun avtomobilli həyatımızda verdiyi bütün üstünlüklərdən həzz alacaqsınız.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər