Aeratravel.az
Aeratravel.az

Mühərrikin yağını qənaət üçün qismən dəyişmək olarmı?

  • 548
  • 0
  • 19-04-2022, 18:45
Mühərrikin yağını qənaət üçün qismən dəyişmək olarmı?

Ehtiyat hissələri və istehlak materiallarının qiymətlərinin hazırkı artımı ilə bir çox avtomobil sahibləri pula qənaət etməyin yollarını axtarırlar. Xüsusilə mühərrikdəki yağın dəyişdirilməsinə gəldikdə. "AVTO KLUB AZƏRBAYCAN", güc qurğusunda sürtkü yağını qismən dəyişdirməyin olub-olmaması barədə məlumat verəcək.

Yağın qismən əlavə edilməsi məsələsi, mühərriki yağ "yeyənləri" xüsusilə narahat edir. Yağyemə həm təbii, həm də mühərrikdə ciddi problemlərin nəticəsi ola bilər. Sonuncu vəziyyətdə, əlavəetmə yalnız qurğunun "əzab çəkməsini" uzadacaqdır. Bu, onu əsaslı təmirdən xilas etməyəcək.

İndi gəlin görək yağ əlavə etməyin hansısa real üstünlükləri varmı? Yağın yeni hissələri əlavələrin miqdarını və sürtünmə tərkibini bir qədər bərpa edir. Amma, bu uzun sürmür. Olduqca tez, yeni komponentlərin həcmi mühərrik karterində yığılan çirkin içində itir. Qələvi sayı isə ümumiyyətlə normal səviyyəyə qayıda bilmir.

Mühərrik karterinin cazibə süzgəci kimi işlədiyini unutmamalıyıq. Yəni ağır çöküntülərin bir hissəsi dibinə çökür və orada sıyıq kimi bir şey əmələ gətirir. Bu çirki, məsələn, qazı kəskin şəkildə basaraq aşağıdan qaldırmaq asandır. Nəticədə yağda çirklənmənin konsentrasiyası kəskin şəkildə artır.

Əgər, yağ süzgəci haqqında danışırıqsa, onda o yağın bütün həcmini süzmür. Sürücü yüksək sürətlə hərəkət edərkən, çoxlu sürtkü yağı bütün yığılmış çirkləndiricilərlə birlikdə süzgəcdən keçmə klapanından keçir.

Nəticədə çirk, "podşipnik"ə, dirsəkli val yastıqlarına və ya qazpaylayıcı mexanizm zəncirinə düşə bilər. Bu, hissələrin resursunu azaldır və nasazlıqlara səbəb olur. Ona görə də yağı əlavə etməkdənsə, dərhal dəyişdirmək daha yaxşıdır.

Ancaq, hələ də yağı qismən dəyişdirən ustalar var. Əməliyyat 3000-4500 km-dən sonra həyata keçirilir. Bu cür diqqətlilik valehedicidir, amma deməliyəm ki, belə bir prosedur üçün daha çox "istehlak materialı" tələb olunacaq. Bu o deməkdir ki, dəyişdirmə baha başa gələcək. Yəni, heç bir qənaətdən söhbət gedə bilməz! Həm də yadda saxlamaq lazımdır ki, dəyişiklik zamanı bütün çirklər karterdə toplanacaq və təzə yağla qarışacaq. Zamanla bu, problemlərə gətirib çıxaracaq.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər