Aeratravel.az
Aeratravel.az

Niyə avtomobil şüşələrinə deflektor yapışdırmaq, qətiyyən olmaz?

  • 990
  • 0
  • 20-04-2022, 11:47
Niyə avtomobil şüşələrinə deflektor yapışdırmaq, qətiyyən olmaz?

Avtomobil şüşələrindəki deflektorlar nadir deyil. Bəzi avtomobil sahibləri onları gözəllik üçün qoyur, digərləri müəyyən praktik məqsədlər güdürlər. Ancaq, az adam düşünür ki, bu aksessuarın da kifayət qədər mənfi cəhətləri var. "AVTO KLUB AZƏRBAYCAN" şüşə deflektorunun quraşdırılmasının mənfi tərəflərini araşdırdı.

Avtomobil şüşələrindəki deflektorlara tez-tez rast gəlinir. Bu nədir: dəb, yoxsa həyati zərurət, YPX əməkdaşı buna görə cərimə yaza bilərmi və ən əsası, bu plastik kütlənin mənfi cəhətləri nədir?

Əlbəttə ki, şüşə deflektorunun kifayət qədər müsbət cəhətləri var. Məsələn, bir az aralı şüşədən salonu nəmdən mükəmməl qoruyur. Siqaret çəkənlər üçün bu, müsbət cəhətlərdən biridir. Sərinləşdirici ilə sürməyi sevməyənlər də şüşə deflektorlarının bu xüsusiyyətini müsbət cəhət kimi qeyd edirlər. Şüşəni açdın və o üfürmür, yağış dammır.

Açıq aynada, həşəratlar salona girə bilər. Və deflektorlar bunun qarşısını alır. Bununla belə, müsbət tərəfi mübahisəlidir. Çünki, mənə görə həşəratlar, bir az aralı aynadan maşının salonuna asanlıqla demək olar ki, heç vaxt düşə bilməzlər. Amma, hava sirkulyasiyası ilə razıyam. Və yenə siqaret çəkənlər burada sevinəcək, yekdilliklə tüstünün geri dönməz şəkildə salondan çıxarılması faktını təsdiqləyəcəklər.

Gəlin mənfi cəhətlərə keçək. Birincisi, avtomobilin xarici görünüşünü 100 faiz əminliklə tərtib edən dizaynerlər, bu qəribə görünüşlü aksesuarların quraşdırılmasını gövdəyə qoymayıblar. Ona görə də, deflektorlar quraşdırılarkən avtomobilin görünüş orqanikliyi əhəmiyyətli dərəcədə itir. Və bu danılmaz faktdır.

Həmçinin, aerodinamika üzrə mühəndislərin bütün səyləri – deflektor (xüsusilə ucuz) quraşdırılarkən havaya sovrulur. Qarşıdan gələn hava axınına deflektorlarla müqavimət daha da artır, bu da qıcıqlandırıcı səslərə və fitlərə səbəb ola bilər. Yanacaq istehlakı çox olmasa da, mütləq artır. Bu, xüsusilə böyük yürüşlərdə nəzərə çarpır.

Deflektorların başqa bir mənfi cəhəti - montaj sistemidir. Yapışqan olanlar var, qapı rezininin altına quraşdırılan və şüşənin sərbəst hərəkətinə mane olanlar var. Bu isə pəncərə qaldırıcısının plastik elementlərinə yaxşı təsir göstərmir.

Və, əsas mənfi cəhət. Qanunvericilikdə qadağa olmasa belə, hər hansı bir YPX əməkdaşı bunu - görüntünün və ya ətrafın müşahidəsinin məhdudlaşdırılması ilə əsaslandıracaq və cərimə yaza bilər. Texniki baxış zamanı da hər hansı çətinliklər yarada bilər.

Avtomobilinizi nə qədər bəzəmək və ya təkmilləşdirmək istəsəniz də, ilk növbədə Qanununa və mümkün problemlərə baxmaq lazımdır. Bütün bunlar sizi qorxutmursa və deflektorlar quraşdırmaq qərarına gəlsəniz, o zaman polikarbonat modellərindən seçim etməlisiniz (onlar travmatik deyil) və heç bir halda ucuz nüsxələri quraşdırmayın.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər