Aeratravel.az
Aeratravel.az

Saytdan avtomobil alanlara məsləhətlər

  • 1 232
  • 0
  • 20-04-2022, 21:37
Saytdan avtomobil alanlara məsləhətlər

Avtomobil bazarına gedib "təmiz" və eyni zamanda büdcəyə uyğun avtomobil tapmaq çox çətindir. Gərək ən azından avtomobillərdən anlayışı olan adamla getmək və sonra bəyənilən avtomobili servisdə yoxlatdırmaq lazımdır. Yalnız həftə sonları qaynayıb qarışan bazarda saz 2 ci əl avtomobil tapmaq üçün gərək xeyli tər tökəsən.

Artıq neçə ildir ki fəaliyyət göstərən avtomobil alqı satqı saytları bu işi asanlaşdırsalar da məsələ göründüyü kimi sadə deyil. Real həyatda olduğu kimi bura da da aldanmaq, zaman itkisinə yol vermək, xoşagəlməz hadisələrlə üz üzə gəlmək mümkündür.

İlk öncə hansı avtomobili almaq istədiyinizi dəqiqləşdirin.

"Əslində Camry istəyirəm amma Panarama da pis maşın deyil. Görəkdə, yaxşı Sonata düşsə alaram". Bu cür yanaşma ilə avtomobil seçmək doğru deyil. Fikir konkret və aydın olmadıqda avtomobil almaq vaxtınızı çox aparacaq.

Avtomobili almazdan əvvəl onu hansı məqsədlər üçün istifadə edəcəyinizi, hansı yollarda istismar edəcəyinizi və ehtiyyat hissələrinin qiymətləri barədə məlumat əldə edin. Bu zaman büdcənizi də nəzərdən qaçırmayın. Çünki, hər bir avtomobil nə vaxtsa təmirə getməli olur, adi yağ dəyişməsi olsa belə ( bu halda qiymətlərin fərqli olduğunu unutmayın ). İstədiyiniz avtomobilin üstün və zəif tərəfləri haqqında maraqlanın.

Avtomobilin buraxılış ilini və yürüşünü müqayisə edin.

Normalda 1 ilə avtomobil 15 - 20 min km yol gedir. Əgər 5 illik avtomobilinin yürüşü 30 000 km göstərilirsə deməli şübhələnməyə artıq səbəb var. Avtomobilin sahibi səbəbi izah etsədə ( 2 ci avtomobildir, 1 il sürülməyib, xanım sürüb və s ) siz yenədə bunu servisdə yoxlatdırın. Avtomobilin çox və ya az sürülməsini detallarının vəziyyətinə görə təyin etmək mümkündür.

Şəkillərə diqqətlə baxın.

Şəkillər keyfiyyətli olmazsa və ya qaranlıq yerdə çəkilmiş olarsa, şəkillərdə avtomobil kirli olarsa bu cür elana vaxt itirməyin. Həmçinin fotolarda hər tərəfdən çəkilmiş avtomobillərə baxın. Bəzən fotolarda qoyulan avtomobil təzə vaxtlarda çəkilmiş yəni avtomobilin saz vəziyyətdə olduğu şəkilləridir. Görüşüb avtomobilə baxmazdan əvvəl bunu da telefonda dəqiqləşdirməyi unutmayın.

Qiyməti çox aşağı olan avtomobillə maraqlanmayın.

Maraqlandığınız avtomobilin ilinə, modelinə və texniki göstəricilərinə görə təxmini qiymətini öyrənin. Bu zaman avtomobil satış saytlarında ətraflı axtarış bölməsindən istifadə edə bilərsiz.

Təxmini qiymətləri öyrəndikdən sonra çox ucuz avtomobil şübhə doğurmalıdır. Çünki ola bilsin avtomobilin çox ciddi problemləri var və ya avtomobil vurulub düzəldilib və s.

Avtomobil haqqında məlumata diqqət yetirin.

Avtomobil haqda məlumat gərək ətraflı olsun. Qısa, 1 2 cümləlik təsvir müştəri üçün maraqsızdı, belə olduğu halda dərhal digər elanlara keçmək lazımdır, çünki sual yaranır niyə avtomobili satmaq marağında olan insan məlumatı əsirgəsin ki? Alıcını cəlb edən amillərdən biri də məlumatdır. Nə qədər çox və aydın məlumat verilərsə potensial müştərinin işi rahat olar. Məlumat dedikdə təkcə avtomobilin texniki göstəriciləri nəzərdə tutulmur. Bunları internetdə də araşdırmaq olar. Əsasən avtomobilin mövcud vəziyyəti, hansı şəraitdə istismar olunması, hansı detalların dəyişilməsi və ya dəyişilməsi lazım olan ehtiyyat hissələri. Rənglənən detallarının olub olmaması və s.

Telefonla danışarkən bunlara fikir verin.

*Əgər avtomobil sahibi siz deyən yerdə yoxlatdırmaqdan imtina edirsə

*Əgər avtomobil sahibi qaranlıq vaxtda görüş təyin edirsə

*Əgər avtomobil sahibi VIN kodu göndərmək istəmirsə ( çünki amerika avtomobillərini texpasportun nömrəsi ilə müəyyən saytlarda girib keçmişini yoxlatdırmaq mümkündür. Misalçun Carfax.com saytında)

*Əgər elanda satıcının adı misal üçün Fərhad yazılıbsa və telefona başqa adam cavab verirsə

Bu cür şübhə doğuran hallarda seçdiyiniz avtomobildən imtina edin və digər elanlara baxın

Sənədlərin doğru olmasını yoxlayın.

Avtomobili alarkən adınıza keçirin, çünki etibarnamə ilə alınan avtomobil gələcəkdə baş ağrısı ola bilər. Misalçun:

1. Avtomobilin sahibinin banka borcu olarsa və ya digər səbəbdən məhkəmə onu alarsa bu halda etibarnamə heç nəyi sübut etmir.

2. Avtomobili alarkən cərimələrin olub olmamasını da yoxlatdırın

Avtomobilin sayta yerləşdirilmə tarixinə diqqət yetirin.

Əgər almaq istədiyiniz avtomobil tez alınıb satılan avtomobillərdəndirsə, misalçun Lada ya mersedes və s bu zaman saytda uzun müddət qalan və satılmayan avtomobillə maraqlanmayın. Çünki belə avtomobillər saytda çox qalmır. Əgər qalıbsa deməli nəsə problemi var və ya qiyməti çox bahadı.

Şərhlər