Aeratravel.az
Aeratravel.az

Sürətlər qutusunun növləri

  • 1 394
  • 0
  • 27-04-2022, 20:58
Sürətlər qutusunun növləri

Bu gün sürətlər qutuları, onların növləri, üstün və mənfi cəhətləri haqqında danışacağıq. Günümüzdə avtomobil sahəsindəki irəliləyiş və innovasiyalar sürətlər qutusundan da yan keçmir. Bu amillər sürətlər qutusundan da yan keçmir. Hal-hazırda təkcə mexaniki sürətlər qutusu (MSQ) deyil, bir çox növləri olan avtomatik sürətlər qutusunun (ASQ) da böyük sayda pərəstişkarları var. Olkəmizdə bu gün nəinki bahalı, artıq bir çox büdcə avtomobillərində də ASQ-dən istifadə edilir. Əsasən 4 növdə geniş yayılmış sürətlər qutusu var.

- Mexaniki sürətlər qutusu, (el dilində Mexanika deyirlər)

- Avtomatik Hidrotransformatorlu ( sadə avtomat deyirlər)

- Avtomatik variatorlu (multitronik və ya variator deyirlər)

- Avtomatik robotlaşdırılmış (robot deyirlər)

İndi bir-bir haqlarında bildiyimizi sizinlə paylaşaq:

Mexanika

Bu sürətlər qutusu 100 ildən də artıq vaxtdır ki, sevilərək istifadə edilir. Əvvəlki mexanikalarda sadəcə 3 ötürmə var idi. 2-si irəli, 1-i geriyə. 70- ci illərdən sonra isə artıq irəliyə 4 ötürmə oldu və bu günə qədər gəldi. İndi isə hətta 6 irəli ötürməli mexanikalar var və artıq 8 ötürmələr haqqında danışılir.

Mexaniki sürətlər qutusunun xeyli sayda pərəstişkarları var. Əsasən bu sürətlər qutusunu avtomobili tam özünün nəzarət etməyi sevən adamlar seçir. Cünki sürətlər aralığını özü seçir, kefi istəyən kimi “buksovka” edir, “ruçnoy” çəkir, drift edir və sairə. Ona görə də əsasən idman avtomobillərində mexaniki sürətlər qutusuna üstünlük verilir.Bir sözlər, sürücü öz ustalığını mexaniki sürətlər qutusunda istədiyi kimi nümayiş etdirə bilir.

Mexanikanın üstünlükləri:

-Baha deyil.

-Yüngüldür.

-Az transmissiya yağı işlədir.

-İtələmə ilə işə sala bilirsən )).

-Avtomobili ekstremal şəraitdə belə istədiyin kimi idarə edə bilirsən.

- Çox təmirə ehtiyacı olmur, olsa da çox ucuz başa gəlir.

Mexanikanın çatışmayan cəhətləri:

-İdarəetmə çətin olur. Xüsusən də yeni sürücülər üçün.

-Yeni başlayanlar asanlıqla “korobkanı dağıda” bilir.

-Əlavə daha bir pedala vərdiş etməlisən.

-“Ferado” deyilən hissəsi tez-tez sıradan çıxır.

Robot sürətlər qutusu

Robotlar avtomat ilə mexanikanın arasında bir sürətlər qutusudur.Yəni, mexanikanın üstün cəhətləri bu sürətlər qutusunda tətbiq edilib, lakin robot özü ilə yeni problemlər gətirib. Mexanika üstündə qurulmuş bu sürətlər qutusu eynən mexanika kimi idarə edilir, lakin bütün optimal aralıqları sən yox, idarəetmə bloku yerinə yetirir. Təsəvvür edin ki, sizin yerinizə “ssepleniyaya” robot basır. Yəni “ssepleniya” funksiyasını elektrik xətti yerinə yetirir. Robot qutuda gecikmələr,fikirləşmələr və bir çox etibarsız hissələr mövcuddur. Ona görə də istifadəçilər arasında çox da rəğbət qazanmayıb.

Robotun üstünlükləri

-Mexanikadır, lakin sənin yerinə robot “atır”

-Yanacağa qənaət edir, eynən mexanika kimi

-“buksovka” edə bilirsən.

-Az yağ istifadə edir.

Çatışmamazlıqları:

-Fikirləşir

-Sürətlər aralığında itələmə olur,

-Yerindən tərpənəndə arxaya axır. Bu xüsusən dik yerlərdə təhlükəlidir, çünki arxadakı maşını vua bilərsən.

Hidrotransformatorlu və ya Sadə avtomat

Bu sürətlər qutusu da çox geniş yayılmış və rəğbət görmüş sürətlər qutusudur. Lap əvvəlki avtomatlar 3 pilləli, sonra 4 pilləli, indi artıq 8 pilləli avtomatlar var. Avtomatda artıq “Ssepleniya” yoxdur, bu funksiyanı hidrotransformator öz üzərinə götürüb.Bu korobkanın mexanika ilə heç bir oxşarlığı yoxdur.Bir sözlə, avtomatda aralıqlar yağın təzyiq gücünə dəyişir.Bu sürətlər qutusunun da öz daxilində növləri var.

Adaptiv avtomat

Bu avtomat sənin sürüş tərzinə adaptasiya olur. Yəni əgər sən maşını aqresiv sürürsənsə sürətlər qutusu sürəti tez yığır,sürətlə ani manevrlər edirsən, maşın aralıqları tez seçir ancaq artıq yanacağa qənaət olmur.Hərdən siz maşını sürəndən sonra atanız hirslənib “Ə kopolu bu maşın gül kimi maşın idi, sən oturandan sonra zibili çıxıf, benzini də əməllicə içir” deyirsə, bilin ki bu sizin sürüş tərzinizin nəticəsidir.Çünki atanız avtomobili səliqəli və aşağı fırlanmalarda idarə edib. Bu da öz növbəsində daha az yanacaq yandırıb deməkdir. Yaxşı olar ki, atanız 100 km sürənə qədər gözünə görünməyəsiniz ))) Çünki bu qutularda adaptasıyanı Elektron İdarəetmə Bloku özü 100 km ərzində sənin sürüş tərzinə baxıb özü edir. Komputerlə bunu etmək mümkün deyil. Bəzi “maşennik” ustalar “Sənin qarofqanı adafdasiya elədim” deyib pulunu qoparmaq istəyə bilər. Buna görə də sizin sürətlər qutusunun hansı növ olduğunu bilməyiniz yaxşı olar.

Ayarlanan avtomat

Bu sürətlər qutusu da özünü adaptasiya edə bilir, ancaq komputerlə də rejimləri dəyişdirib SPORT, STANDART və ya EKONOM rejimə keçirdə bilərsiniz. Bəzi avtomobillərdə bu rejimləri bir düymə ilə də dəyişdirə bilərsiniz.

Avtomatın üstünlükləri

-Sürmək və avtomobil sürməyi öyrənmək çox rahatdır

- Mühərriki qoruyur.

- Sakit işləyir.

- İşə salanda yerindən tullanmır mexanika kimi, Ümumiyətlə yeni sürücülərin çox səhvini bağışlayır.

Çatışmayan cəhətləri

-Çox yağ tələb edir, (8-12 litr ) yağı vaxtlı vaxtında dəyişməli və düzgün yağ seçməlisiniz (dopusk məsələsi) Yağ dəyişmə isə ucuz iş deyil.

-Sürüşdürmə (buksovka) olmaz! Korobkanı “qaynadıb” dağıdarsınız.

-Təmiri çətin və bahalıdır ( bəzi sürətlər qutusunda ümümiyətlə təmirdən sonra da effekt almaq olmur)

-Yanacaq sərfiyyatı mexanikaya nisbətən çox olur,(Xüsusən şəhərdə sürəndə)

-Qış fəslində avtomibil daha çox qızmalıdır ki, sürətlər qutusu yağı qızıb optimal işləməli və korobkanın ömrünü qisaltmamalıdır ( bu da radiolarda, internet portallarda “maşını qızdırmaq lazım deyl” deyən “professorların” fikirlərini alt-üst edir.

Ümümiyətlə bunlar sizi qorxutmasın. Əgər siz bu sürətlər qutusuna vaxtında və düzgün qulluq etsəniz, normal sürsəniz, yağı vaxtında və düzgün tələblə dəyişdirsəniz sizə 300-400 min, hətta daha çox xidmət edəcək.

Variator

Adını pisə çıxarıblar, ancaq mən qətiyyən belə düşünmmürəm.Çox gözəl komfortlu sürətlər qutusudur. Bəzən avtomobil elanlarında variator adı pisə çıxdığı üçün satıcılar multitronik yazırlar. Ancaq “kişi” həqiqətən də multitronikdir, çünki sürətlər aralığı yoxdur. Varsa da minlərlə pilləsi var.Bu sürətlər qutusunda İki ədəd val bir kəmərlə fırlanır. Kəmərlər rezin və ya dəmir sepli rezinlə ola bilər.Buna misal olaraq, təxmini velosipedi və ya ağackəsən “drujba” ni təsəvvür edə bilərsiniz.Adətən böyük motorlarda istifadə etmirdilər. 4 çəkər və yolsuzluq avtomobilində olmağı qətiyyən düzgün deyil. Ancaq çox dinamik və komfortlu sürətlər qutusu olsa da,(dinamikada mexanikanı belə geridə qoyur) yerindən ani götürülməyi sevmir. Düzgün istismar edilsə, düzgün yağ vaxtında dəyişdirilsə, ömrü sadə avtomatdan daha çoxdur. 500 min rahat sürərsiniz.

Variatorun üstün cəhətləri

-İstismarı çox rahatdır

-Dinamikdir

-Yanacaq sərfiyatı aşağıdır.

- İtələmə, kərkinmə olmur. (olsa deməli problemli korobkadı)

- İstəsən təpəyə də qalxarsan

Variatorun Çatışmayan cəhətləri

-Təmiri çox baha başa gəlir. (ancaq mümkündür)

-Çox yağ tələb edir. Yağı bahalıdır.

-Qoşquya qətiyyən avtomobil qoşmaq olmaz. Bu sadə avtomatda da olmaz, ancaq variatora heç olmaz. 

Şərhlər