Aeratravel.az
Aeratravel.az

Mühərrik niyə taqqıldayır? - 3 mümkün səbəb

  • 727
  • 0
  • 30-04-2022, 23:21
Mühərrik niyə taqqıldayır? - 3 mümkün səbəb

Bu səslər əsasən hərəkətə başlama zamanı qaz verdikdə özünü biruzə verir. 

Müxtəlif səbəblərdən mühərrikdən taqqıltı, çıkkıltı və ya cingiltili səsləri eşidilə bilər.

Sürücülər üçün bu oxşar və ya eyni görünsə də, hər bir səs fərqli səbəblərdən qaynaqlanır.

Bir sürücünün “taqqıltı” adlandırdığını bəzən digəri “cingilti” və ya “çıkkıltı” adlandıra bilər. 

Yanma kamerasındakı yanacaq və hava qarışığının plansız və ani şəkildə alışmasından baş verən partlayışlar taqqıltı səsinin yaranmasına səbəb olur.

Səsin izahı dəyişə bilər, lakin onun baş vermə halları daim eyni olaraq qalır:

Aşağı sürət, yüksək torq vəziyyətləri. 

Məsələn, sürətlənmə  zamanı.

Bu səslərin yaranmasına səbəb olan detonasiya və erkən alışma haqqında artıq əvvəlki məqalələrimizdə izah vermişik. 

"Çik-çik-çik"

Mühərriki səhər saatlarında işə salarkən, ondan baxdığımız filmlərdəki bomba saatı səsi kimi çıkkıltı səsi eşidilirsə,  bu o deməkdir ki,  böyük ehtimal siz klapan mexanizmləri ilə bağlı problem yaşayırsınız.

Ola bilər ki, detallar arasındakı boşluqlar zaman keçdikcə böyüyüb.  Klirens adlanan bu boşluqları el arasında “lüft” də adlandırırlar. 

Səhərlər mühərrik yağı mühərrikin yuxarı hissələrinə tam sirkulyasiya etməmiş, xüsusən də hidravlik tənzimlənən klapanlarda nəzərə çarpacaq dərəcədə səs olur. Burada mühərrik yağının üstünə böyük vəzifə düşür. Yağın verdiyi hidravlik təzyiq mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, gecə yağ süzüldükdən sonra da metalın üstündə yağ təbəqəsinin qalması ilk işə salmada yağlanmaya qədər səsin olub-olmamasına təsir göstərir. 

Bəzən rastlaşdığımız hallardan biri də şatunlardan(pistonun qolu) qaynaqlanan səs ola bilər. Buna səbəb keyfiyyətsiz yağın yüksək temperaturlarda nazilməsi, metal-metal kontaktının şatunla valın yatağı arasındakı klirensdə  artması olur. 

Səsli işlədiyini düşündüyünüz mühərriki sakitləşdirmək üçün edəcəyimiz tövsiyələr aşağıdakılardır:

1. Amsoil Signature Seriyası kimi yüksək keyfiyyətli, tam sintetik yağlardan istifadə edərək həm yüksək temperaturda yağın nazilməsinin qarşısını almaq, həm də aşağı temperaturlarda yüksək axıcılıq qabiliyyəti ilə ən qısa zamanda tam yağanmanı təmin etmək. 

2. Amsoil P.I. kimi yüksək keyfiyətli aqressiv təmizləyici yanacaq qatqılarından istifadə etməklə mühərrikdəki karbon çöküntülərindən qurtulmaq və detonasiyanın qarşısını almaq.


Müəllif: Sevda Rəhimova

Şərhlər