Aeratravel.az
Aeratravel.az

Mühərrikdəki detonasiyanın səbəbləri nələrdir?

  • 2 246
  • 0
  • 30-04-2022, 23:26
Mühərrikdəki detonasiyanın səbəbləri nələrdir?

Erkən alışma və detonasiya arasındakı fərqi başa düşək.

Mühərrikin müntəzəm və düzgün işləməsi üçün yanacaq/hava qarışığı, porşen onu yuxarı ölü nöqtəyə sıxdıqda düzgün nöqtədə şamların verdiyi gərginliklə alışmalıdır.

Erkən alışma - alışdırma şamlarının gərginlik verməsinə qədər olan mərhələdə qarışımın öncədən alışmasıdır. 

Bəs detonasiya nədir?

Detonasiya əvvəl baş vermiş normal yanma taktından sonra yanma kamerasında yanmamış qalan yanacağın öz-özünə alışması ilə gedən prosesdir. Qaydasında işləyən orta statistik bir mühərrikdə alışma -  porşenin yuxarı ölü nöqtəyə (porşenin kamerada gəldiyi ən üst nöqtə) çatmağına bir neçə dərəcə qalmış baş verir. Buna görə də, detonasiya mühərrikə dağıdıcı zərərlər verə bilər və ya sadəcə onun performansını aşağı salaraq ömrünü azalda bilər. 

Müasir mühərriklərdə mühərrik idarəetmə modulu elektron olaraq detonasiyanı zərərsiz keçirmək üçün yanacaq miqdarını, klapan zamanlamasını və s. müntəzəm olaraq tənzimləyir. 

Mühərrik detonasiyasına bir çox amil təsir edə bilər. Biz əsas 3 amildən danışacağıq.

1) Daxili yanma kamerasında qalan karbon çöküntüləri (qurumlar)  kifayət qədər yüksək temperaturda olduqda əvvəlki yanma prosesindən qalan yanacağı alışdıra bilər. Həmçinin  çöküntülərin injektorun gözünü tutması püskürmə trayektoriyasını dəyişə bilər. Bu da təbii olaraq,  yanmadan sonra daha çox yanacağın yanmamış vəziyyətdə kamerada qalmasına şərait yaradır. 

Nəzərə almaq lazımdır ki, Azərbaycanda daha çox istifadə olunan benzinin(92)  tərkibində təmizləyicilər azdır. Bundan əlavə, bir çox istifadəçi yanacağın çox çirkliliyi və keyfiyətsizliyindən şikayətlənir. Deməli, bizdə yanacaq sisteminin tutulması ilə gedən proseslərin tez-tez baş verməsi normal haldır. 

Burada kiçik bir haşiyəyə çıxaq. 

Amsoil P.I. qatqısı yalnız 1 dəfə istifadə olunmaqla mühərrikin düzgün işləməsinə mane olan istənilən çətin gedən çöküntünü təmizləyirsə, Amsoil Upper Cylinder Lubricant qatqısının mütəmadi istifadəsi yanacaq sistemindəki istənilən növ tutulmaların baş verməsinin qarşısını alır.

2) Soyutma mayesi/soyutma sistemi

Yüksək temperaturlu mühərrik (qızdıran)  detonasiyaya daha meyillidir. Soyutma mayesinin miqdarını yoxlayın. Aşağıdırsa, əlavə edin. Əgər miqdarla bağlı hər şey qaydasındadırsa, soyutma sistemini yoxlayın. Əsasən sistemin tutulmasından, işləməyən su nasosundan, pərin qırıq olması, pər muftasının işləməməsi və s.  soyutma sisteminin problemli işləməsinə səbəb ola bilər. 

Əgər modifikasiya olunmuş mühərrikli avtomobil idarə edirsinizsə və soyutma sisteminə dəstək üçün xüsusi bir soyutma mayesi lazımdırsa, Amsoil Dominator Coolant Boost radiator əlavəsini istifadə edərək mühərriki yüksək hərarətdən qoruya bilərsiniz. 

3) Düzgün olmayan və ya işləməyən alışdırma şamı.

Alışdırma şamlarının qığılcım yaratmaqdan başqa istiliyi yanma kamerasından mühərrik başılığına ötürmək kimi əlavə bir funksiyası da vardır.

Bundan əlavə, istehsalçı tövsiyəsindən kənar, düzgün olmayan alışdırma şamları detonasiyaya səbəb ola biləcək amillərdən biridir.


Müəllif: Sevda Rəhimova

Şərhlər