Aeratravel.az
Aeratravel.az

Lamborgini zavodunda rəqibin avtomobili görünüb

  • 707
  • 0
  • 3-05-2022, 23:16
Lamborgini zavodunda rəqibin avtomobili görünüb

İtaliyanın superkar istehsalçısının Santa-Aqata Bolonezdəki zavodunda brendin əsas rəqibi Ferrari-nin avtomobili görünüb. Masin.az Gazeta.ru-ya istinadən xəbər verir ki, superkar müəssisənin ərazisinə daxil olan insanların diqqətini çəkib.

Bildirilir ki, Lamborgini mütəxəssisləri ilk dəfə Ferrari SF90 hibrid superkarını yaxından tədqiq edir və Aventador-u əvəz edəcək öz layihəsini hazırlayırlar. Daha əvvəl bəyan olunmuşdu ki, bu superkar da hibrid olacaq. 2024-cü ilə qədər bütün Lamborghini model xətti elektrikləşdirilmiş versiyalara keçməlidir və 2028-ci ilə qədər italyan brendi elektrik superkarı hazırlamağı planlaşdırır. Bundan əlavə, aprel ayında Lamborghini fabrikində Porsche 911 Turbo S kupesi də görünmüşdü.

Şərhlər