“Səfərdən əvvəl maşının texniki vəziyyətini yoxlamaq lazımdır” – ekspertdən çağırış

  • 175
  • 0
  • 9-05-2022, 01:46
“Səfərdən əvvəl maşının texniki vəziyyətini yoxlamaq lazımdır” – ekspertdən çağırış

Masin.az njcar.ru saytına istinadən xəbər verir ki, avtomobil eksperti Vasilyev səfərdən əvvəl maşının texniki vəziyyətini yoxlamağa çağırıb.

Avtomobil ən uyğun olmayan anda xarab ola bilər və bu, evdən uzaq bir səfərdə baş verdikdə, hətta kiçik təmir belə ciddi problemə çevrilə bilər.

Avtomobil eksperti Yeqor Vasilyev Praym agentliyinə müsahibəsində uzun müddətli səfərdən əvvəl avtomobildə nəyi yoxlamaq lazım olduğunu bildirib.

İlk növbədə, mühərrikdəki yağ səviyyəsinin düzgün olduğundan əmin olmalısınız. Bundan başqa antifrizin vəziyyətini və əyləc mayesinin miqdarını qiymətləndirmək tələb olunur: onların səviyyəsi kifayət qədər deyilsə və ya minimum səviyyədədirsə, doldurmaq lazımdır.

Motorda, sürət qutusunda və ya avtomobilin altında ləkələrin olması xüsusi diqqət və təcili servisə getməyi tələb edir. İş burasındadır ki, sürətin əhəmiyyətsiz olduğu şəhərdə avtomobil xarab olarsa, o zaman qəzanın mənfi nəticələri də minimal olacaqdır. Mütəxəssis qeyd edib ki, avtomobil yolunda yüksək sürətlə gedərkən mayelərin itkisi qısa müddət ərzində kritik ola bilər, üstəlik, avtomobili operativ şəkildə texniki xidmət yerinə çatdırmaq çətin olacaq.

Bundan əlavə, səfərdən əvvəl avtomobildə asma, əyləc sistemi və optikanın diaqnostikasını etdirmək lazımdır, çünki səfərin təhlükəsizliyi birbaşa bundan asılıdır.

Əsas optika işlək vəziyyətdə olmalı və vəzifəsinin öhdəsindən effektiv şəkildə gəlməlidir. Dönmə və arxa işıqlarda xarab lampalar olmamalıdır. Məsələn, sağ faradakı qısa işıq lampası sıradan çıxıbsa, işıqlandırma avadanlığının mənbəyi təxminən eyni olduğundan, soldakını da dəyişdirmək daha yaxşı olar.

Səyahət etməzdən əvvəl avtomobilin hərtərəfli yuyulması da yaxşı olardı, çünki görünmə qabiliyyəti yaxşılaşacaq və avtomobilin özü yolda daha nəzərə çarpacaq.


Tərcümə: Famil Ələkbərli

Şərhlər