Aeratravel.az
Aeratravel.az

Moskvadakı keçmiş “Renault” zavodunun adı dəyişdirilərək “Moskviç” oldu

  • 743
  • 0
  • 6-06-2022, 19:53
Moskvadakı keçmiş “Renault” zavodunun adı dəyişdirilərək “Moskviç” oldu

Rusiyanın hüquqi şəxslərin vahid dövlət reyestrinin (HŞVDR) məlumatına əsasən, Fransanın "Renault" (Reno) korporasiyasının keçmiş Moskva avtomobil zavodu, rəsmi olaraq "Moskviç" adlandırılıb.

İyunun 3-də HŞVDR-nə dəyişikliklər edilib. Reyestrdən çıxarışa əsasən, "Renault Россия" QSC avtomobil zavodunun adı dəyişdirilərək "Moskviç Moskva Avtomobil Zavodu" SC adlandırılıb.

Bundan əvvəl Moskva meri Serqey Sobyanin bildirmişdi ki, Moskvanın mülkiyyətinə keçən "Renault Россия" zavodu “Moskviç” brendi altında avtomobillər istehsal edəcək. Sobyaninin şəxsi bloqunda qeyd etdiyi kimi "KamAZ", yenidən canlanan Moskva zavodunun əsas texnoloji tərəfdaşına çevriləcək. İlk mərhələdə daxiliyanma mühərrikli avtomobillərin, gələcəkdə isə elektromobillərin istehsalına başlanılacağı planlaşdırılır. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi bu il keçmiş "Renault Россия" zavodunda “Moskviç” brendi altında avtomobillərin istehsalına başlanacağını gözləyir.

Moskva Nəqliyyat və Yol İnfrastrukturunun İnkişafı Departamentinin rəis müavini Dmitri Pronin avtomobil zavodunun direktoru təyin edilib.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu


Şərhlər