Sırala:

Şaman (Шаман) haqqında

  • 456
  • 0
  • 29-05-2021, 19:53
Şaman (Шаман) haqqında Шаман (Şaman) – "Avtoros" şirkəti tərəfindən istehsal olunan, ultra alçaq təzyiqli təkərlər üzərində qurulan amfibiya - hər yerdə hərəkət edə bilən vasitəsidir.

Yaranma tarixi

2005-ci ildə hər yerdə hərəkət edə bilən nəqliyyat vasitəsinin gələcək konsepsiyasının hazırlığına başlandı. 2007-ci ildə "ZET" adını alan ilk prototip istehsal edildi – düralüminium gövdəli, qapalı alüminium hermetikli çərçivə və ZMZ-514 mühərrikli altı təkərli bütün hər yerdə hərəkət edə bilən vasitə. İlk və son oxların təkərləri dönən idi, bu da dönmə radiusunu azaltmağa imkan verirdi. Bu hər yerdə hərəkət edə bilən nəqliyyat vasitəsi "Avtoros" tərəfindən hazırlanmış orijinal təkərlər və yüngül lehimli disklər ilə təchiz edilmişdir.


2008-ci ildə ZET-3902 adlı 8x8 hər yerdə hərəkət edə bilən nəqliyyat vasitəsinin ilk prototipi təqdim edildi. 


Yeni hər yerdə hərəkət edə bilən nəqliyyat vasitəsinin gövdəsi kompozit materiallardan hazırlanmışdır. 2010-cu ildə hidravlik pərli ötürücü hazırlandı. 2012-ci ildə Moskvadakı Beynəlxalq Avtomobil Salonunda "Şaman" adlandırılan yeni hər yerdə hərəkət edə bilən nəqliyyat vasitəsinin yeni bir modeli təqdim edildi.

Konstruksiya üstünlükləri

"Şaman"ın aşağı hissəsi hermetiklənmiş və qayıq prinsipinə uyğun hazırlanmış izolyasiya edilmiş polad gövdəyə malikdir. "Şaman" gövdəsinin hermetikliyi və təkərləri sayəsində suda dayanır. "Şaman" təkərlərin fırlanması (bu vəziyyətdə sürət 2 km/s) və ya pər ilə (7 km/saata qədər) suda hərəkət edə bilər. Gövdəyə düşən suyun çıxarılması üçün səmərililiyi dəqiqədə 200 litr olan 2 nasos quraşdırılıb və suyun tez boşaldılması üçün elektron idarəetməli pnevmatik klapanlar da mövcuddur. 


Bütün ötürücü hissələri orijinal qapalı çərçivədə yerləşdirilib. 1 və 2 körpüyə qoşulmuş tam ötürücülüdür. Təkər asqısı müstəqildir, yaydır. 8 təkərin hamısı dönəndir. 


"Şaman"ın üç hərəkət rejimi vardır: birincisində - yalnız ön 4 təkər dönər, ikincisində – 1-ci və 2-ci oxların təkərləri bir istiqamətə, 3-cü və 4-cü isə əks istiqamətə dönərək, vasitənin dönüş radiusunu qısaldır; üçüncü halda – bütün təkərlər eyni bucaq altında bir istiqamətə çevrilir - 27⁰ və avtomobil yan tərəfə hərəkət edir. Bu rejim arxa təkərlər ön cığırı izləmədiyi üçün yumşaq torpaqlarda sürməyi asanlaşdırır.

Sürücü oturacağı daha yaxşı görünüş üçün mərkəzdə yerləşir. "Şaman"a 3 növ təkər quraşdırıla bilər, ikisi – fərqli protektor naxışları olan 1200-600x21 ölçülü və bir - 1300-700x21 ölçülü variantlarla təchiz oluna bilər. "Şaman" daxili dizaynı ilə fərqlənən iki yığımda istehsal olunur – "Turist" və "Oxotnik". "Turist"də arxada 6 ayrı kreslo "Ovçu"da isə onların yerinə yata biləcəyiniz 2 qatlanan divan var.

"Şaman" – etibarlılığı artırmaq üçün gücü 180-dən 146 at gücünə endirilən Iveco dizel mühərriki ilə təchiz edilmişdir. Əvvəlcə NV-nə 5 pilləli mexaniki sürətlər qutusu quraşdırılmışdır. Hazırda yalnız 6 pilləlidir.


Шаман-М

"АРМИЯ-2020" sərgisində "Şaman"ın ixtisaslaşdırılmış bir versiyası - reanimasiya avtomobili olan "Şaman-M" təcili yardım modeli təqdim edildi.





Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər