Aeratravel.az
Aeratravel.az

KIA, yeni nəsil Sportage krossoverinin ilk görüntülərini yayımladı

  • 1 804
  • 0
  • 31-05-2021, 13:29
KIA, yeni nəsil Sportage krossoverinin ilk görüntülərini yayımladı

KIA yeni nəsil Sportage krossoverinin ilk görüntülərini yayımladı və bu barədə bəzi detalları açıqladı. Çoxdan gözlənilən yeniliyin təqdimatı bu ilin iyul ayında Cənubi Koreyada olacaq. AVTO KLUB AZƏRBAYCAN, KIA-nın rəsmi mətbuat xidmətindən məlumat verir.


Görüntülərə görə, avtomobil haqqında olan təxminlərin əksəriyyətinin doğru olduğu ortaya çıxdı - yeni Sportage, həqiqətən optik ön fənər işığının diod "bumeranqları", fərqli sərinləşdirici barmaqlığı, maili tavan xətti və tamamilə yeni nazik üfüqi lövhə ilə birləşdirilmiş arxa fənərlər alacaq.
"Beşinci" Sportage-in bütün görünüşü markanın yeni korporativ kimliyini təcəssüm etdirir - Opposites United. Müəllifi, KIA-nın baş dizayneri Kərim Həbibin sözlərinə görə, "təbiət və texnologiyanın görüşü"nü əks etdirir və "stereotiplərə meydan oxuyur".


Salonda bizə tanış olan (gedən, dördüncü nəsil) krossoverdən əsər-əlamət qalmayacaq. Bundan sonra tam rəqəmsal alətlər paneli və multimedia sistemini birləşdirən dəbli monolitik ekrana üstünlük verəcəkdir.


Yeni KIA Sportage-in texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Əgər o, yeni Hyundai Tucson ilə eyni platformada qurularsa, mühərriklər sırasına benzin, atmosfer və turbo mühərrikləri, həmçinin "mülayim hibrid" sxeminə əsasən işləyən hibrid elektrik güc qurğuları daxil olacaqdır.


Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər