Aeratravel.az
Aeratravel.az

BMW 965km yürüş ehtiyatına malik elektromobilin sınağına başladı

  • 515
  • 0
  • 23-07-2022, 14:37
BMW 965km yürüş ehtiyatına malik elektromobilin sınağına başladı

BMW öz elektrik avtomobillərinin çeşidini ikiqat artırmaq üçün akkumulyator istehsalçısı Our Next Energy (ONE) ilə əməkdaşlığa başladı Miçiqan ştatında yerləşən startap öz akkumulyator paketini BMW iX elektrik krossoverinin sınaq versiyasına uyğunlaşdıraraq, onun diapazonunu indiki 520 km-dən 965 km-ə qədər artıracaq. ONE batareyalarının sirri müxtəlif kimyəvi tərkiblərdən ibarət olan, lakin bütövlükdə işləyən xüsusi ikili batareyadadır. Şirkət iddia edir ki, onların akkumulyatorları məşhur litium əsaslı akkumulyatorlardan nəinki daha səmərəli, həm də ekoloji cəhətdən təmizdir.

Dual-Chemistry platforması əslində müxtəlif kimyəvi tərkibə əsaslanan iki batareyadan ibarətdir. ONE arxasında duran fikir, batareyanın funksionallığını iki vəzifəyə bölməkdir: güc və diapazon. "Dartma" hissəsi litium-dəmir-fosfat (LFP) batareyalarından istifadə edir. Bunlar Çin elektrik avtomobillərində tez-tez istifadə olunan ucuz batareyalardır. Onlar enerji sıxlığına görə litium-ion bloklarından üstün olmasa da, istehsal xərclərinə görə ənənəvi akkumulyatorlardan xeyli üstündürlər.

 "Uzun mənzilli" hissədə Gemini - tərkibində manqan və minimum miqdarda kobalt və nikel olan patentli batareyalardan istifadə olunur. Onlar həmçinin ayrıca anod materialı olmayan təmiz mis cərəyan kollektoru ilə birlikdə gəlirlər. ONE tərəfindən təkmilləşdirilmiş elektrik avtomobillərində hər iki batareya - LFP və Gemini batareyaları bir-birini dəstəkləyərək paralel şəkildə işləyir.

LFP hüceyrələri elektrik avtomobili üçün ümumi yürüşün təxminən 99% -ni təmin edir, Gemini hüceyrələri isə yalnız 1% halda istifadə olunur. ONE proqram təminatı sürücünün hazırda nə etdiyini tanıyır, yüklənməni bölüşdürür və batareyanın aşınmasını azaldır. Məsələn, elektrik avtomobilinin daha çox güc istehsal etməsi və sürətlə sürətlənməsi lazımdırsa, o zaman Gemini bu işin öhdəsindən gəlir və LFP isə avtomobil düz yolda orta sürətlə hərəkət edərkən işləyir.

“Magistral yolda sürəti saxlamaq, qış temperaturu, dağa qalxmaq, yedəkləmə və ya bütün bu aspektlərin birləşməsi kimi normal hallar elektriklə işləyən avtomobillər üçün problemlərdir. Lakin biz akkumulyatorlara iki dəfə çox enerji yığmağı planlaşdırırıq ki, elektrik avtomobilləri real həyat şəraitində uzun məsafəli səfərləri asanlıqla idarə edə bilsin”, - One şirkətinin təsisçisi və baş direktoru Mujib İjaz bildirib.

ONE iddia edir ki, belə bir sistemlə demək olar ki, hər hansı bir elektrik avtomobilinin diapazonu iki dəfə artırıla bilər.


Elektrikli nəqliyyat vasitələrini bu akkumulyatorla təchiz etmək daha çox hazırlanma  və istehsal xərcləri tələb etməyəcək - işin əksər hissəsi mövcud zavodlarda icra edilə bilər. Eyni zamanda, ONE batareyalarının özü bahalı və nadir materiallara ehtiyac duymurlar, bu da onların hazırlanmasının ətraf mühitə daha az zərər verməsi deməkdir.

Next Energy, 2020-ci ilin iyul ayında Miçiqan ştatının Novi şəhərində qurulmuş batareya inkişaf etdirmə şirkətidir. Açıq fəaliyyətə keçən startap, elektriklə işləyən avtomobillərin enerji ilə təmin olunmasına qlobal yanaşmanı dəyişdirəcəyini vəd etdi. ONE-nin ilk layihələrindən biri Tesla Model 3-ün modernləşdirilməsi olmuşdu. Tərtibatçı öz akkumulyatorlarını avtomobilə quraşdırdı və onun güc ehtiyatını ilkin 650 km-dən 1210 km-ə qədər artırdı. Bundan sonra ONE tez bir zamanda investorların diqqətini cəlb etdi, 90 milyon dollardan çox vençur kapitalı aldı və akkumulyatorlarının sınaqdan keçirilməsi və yığılması üçün ilk zavodun tikintisini elan etdi.

Yeni akkumulyatorlu BMW iX dərhal satışa çıxmayacaq - ilk növbədə tərəfdaşlar bir sıra sınaqlar keçirəcək və onun davamlılığını yoxlayacaqlar. Sınaq nəticələrinə əsasən, istehsal olunan BMW modellərində ONE akkumulyatorlarının quraşdırılması barədə qərar qəbul ediləcək.


Tərcümə: Famil Ələkbərli

Mənbə: hightech.plus

Şərhlər