Aeratravel.az
Aeratravel.az

Hansı mühürrəkində yağ olmadan daha uzun gedə bilər - Bmw ya Lexus?

  • 672
  • 0
  • 23-07-2022, 19:02
Hansı mühürrəkində yağ olmadan daha uzun gedə bilər - Bmw ya Lexus?

Mühərrik yağı insan qanı kimidir - bu vacib maye olmasa orqanizm məhv olacaq. Avtomobildə də belədir - yağ yoxdursa, mühərrik məhv olur. Maraqlı olan budur ki, insanlarda hər zaman bunun dərhal, yoxsa müəyyən müddətdən sonra baş verəcəyi sualı yaranır... Heç kəsin bunu öz avtomobilində  yoxlamağa ürəyi gəlmir, amma yaxşı ki, belə bir şey təşkil etməyə hazır olan blogerlər var.

Amerikalı bir mütəxəssisin ağlına belə bir fikir gəldi - avtomobil mühərriki yağsız nə qədər işləyə bilər? Eksperiment aparmaq qərarı verildi və eksperimental subyekt kimi bəzi kiçik avtomobillər deyil, real biznes sinif sedanları - Lexus LS və BMW 735 götürüldü. Hər iki avtomobil köhnədir (hər biri 20 il işləyib), lakin onların mühərrikləri güclü 400 at gücünə malik V8-lərdir.

Onlar avtomobilləri iki mərhələdə sınaqdan keçirmək qərarına gəliblər - birincisi, yağı boşaltdıqdan sonra mühərrik boş rejimdə işləməlidir, uğurlu olarsa, avtomobil artıq hərəkətə başlayacaq. Demək lazımdır ki, Lexus mühərriki ilk mərhələdə bir dəqiqədən çox işləyəndən sonra "öldü", BMW-ni hətta sürmək də mümkün oldu, lakin altı dəqiqəlik yüklənmədən sonra mühərrik də təslim oldu.


Tərcümə: Famil Ələkbərli

Mənbə: motorpage.ru

Şərhlər