Aeratravel.az
Aeratravel.az

Porsche firma dondurmasını satışa çıxardı

  • 673
  • 0
  • 24-07-2022, 13:45
Porsche firma dondurmasını satışa çıxardı

Bir çox avtomobil istehsalçısı qida məhsulları da istehsal edirlər. Məsələn, Volkswagen-in ən çox satılan məhsulu avtomobil deyil, sosisdir. Hər il “Volkswagen” brendi ilə təxminən 7000000 kolbasa istehsal olunur və bundan əlavə almanlar bu marka ilə ketçup da istehsal edirlər. Niyə Porsche də bunu etməsin? Daha da yaxşısını edə bilər...

Amerikalıların iyulun 17-də qeyd etdikləri Milli Dondurma Günü şərəfinə Porsche şirkətinin Şimali Amerika şöbəsi məhdud sayda süd məhsulları təqdim edib. Beş növ eskimo satışa çıxarıldı: yaşıl nanə və ağ şokoladlı; krem pendir və dondurulmuş qurudulmuş çiyələkli; qovrulmuş makadamiya qoz-fındıqları ilə; qara moruq və laym tortu ilə

Qeyd edək ki, dondurmanı Çikaqodan olan kiçik, lakin tanınmış “Pretty Cool Ice Cream” şirkəti istehsal edib. Bu fabrik "Salam, mənim adım dondurmadır" kitabını yazan, mükafat qazanmış aşpaz Dana Cree tərəfindən idarə olunur.


Tərcümə: Famil Ələkbərli

Mənbə: avtovzglyad.ru

Şərhlər