Aeratravel.az
Aeratravel.az

Avstraliyada qəza testlərinə sualtı sınaqlar əlavə olunacaq

  • 640
  • 0
  • 25-07-2022, 01:14
Avstraliyada qəza testlərinə sualtı sınaqlar əlavə olunacaq

Avstraliyada batan avtomobildən xilas olmaq imkanı böyük narahatlıq doğurur.

Avstraliyanın müstəqil assosiasiyası ANCAP (Australasian New Car Assessment Program) nəqliyyat vasitələrinin təhlükəsizlik baxımından sınaqdan keçirilməsi üçün yeni qaydanı təsdiqləyib. 2023-cü ilin yanvar ayından buraya məcburi sualtı sınaq da daxil olacaq.

Test batan avtomobildən çıxmağın nə qədər asan olduğunu müəyyən etməyə kömək edəcək. Maksimum beş ulduz reytinqinə nail olmaq üçün avtomobilin sürücüsü və sərnişinləri avtomobil suya batırıldıqdan sonra 10 dəqiqə ərzində elektrikli şüşələrdən istifadə edə bilməlidirlər.

Yeni standartlara cavab verməyən nəqliyyat vasitələrinin istehsalçıları sərnişinlərə yan şüşələri əl ilə sındırmaq və ya açmaq imkanı verməlidirlər.

Hazırkı ANCAP protokolu 2020-ci ildə tətbiq edilib. Buraya arabaya quraşdırılmış deformasiya olunan maneə ilə avtomobilin öndən toqquşması daxildir. Bu halda üst-üstə düşmə 50% təşkil edir, avtomobil və trolleybus 50 km/saat sürətlə bir-birinə doğru hərəkət edir. Divara öndən zərbə də tam üst-üstə düşməklə və 50 km/saat sürətlə, sürücü tərəfindən 1,4 tonluq arabanın yan zərbəsi 60 km/saat sürətlə, yandan zərbə isə 50 km/saat sürətlə həyata keçirilir, 32 km/saat sürətlə dirəklə simulyasiya edilir. 

Bundan əlavə, avtomobillər piyadanı vurarkən zədələnmə riski baxımından qiymətləndirilir, avtomobil arxadan vurarkən boyun nahiyəsindən xəsarət alma riski yoxlanılır, avtomatik əyləc sisteminin işləməsi və zolağa nəzarət qiymətləndirilir. Nəticədə beşulduzlu reytinq formalaşır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: autonews.autoua.net

Şərhlər