Aeratravel.az
Aeratravel.az

Aston Martin loqosunu yenilədi

  • 619
  • 0
  • 25-07-2022, 01:39
Aston Martin loqosunu yenilədi

Qanadları olan tanınan dizayn qorunub saxlanıldı, lakin emblem daha da yığcam oldu.

Aston Martin son 1.5-2 il ərzində loqolarını yeniləyən avtomobil markalarının uzun siyahısına qoşuldu. Eyni zamanda, ingilis avtomobil istehsalçısı Peugeot kimi emblemi tamamilə dəyişdirmədi, lakin "Alman üçlüyü"-nün yolu ilə getdi: dizayn yalnız bir az yeniləndi, emblemi daha yığcam və minimalist etdi. Bu, 2003-cü ildən bəri loqonun ilk və brendin bütün 109 illik tarixində səkkizinci dizayn yenilənməsidir.

Modernləşdirilmiş Aston Martin embleminin yaradılması britaniyalı qrafik dizayneri Piter Sevillə tapşırılıb. Loqo təqdimatının bir hissəsi olaraq avtomobil istehsalçısı Birmingem zərgərlik bölgəsindəki sənətkarların emblemləri necə əllə hazırladıqlarına dair bir sıra foto və video paylaşdı. Onlar markanın bütün yeni avtomobillərində görünəcəklər.

203 ildir mövcud olan və məşhurlaşan Birmingem şirkəti Vaughtons, o cümlədən Futbol Assosiasiyası Kubokunun yaradılması və 1908-ci ildə Londonda keçirilən Olimpiya Oyunları üçün medalların istehsalı ilə məşğuldur.

Piter Sevilin sözlərinə görə, Aston Martin-in qanad dizaynı avtomobil şirkətlərinin loqolarının zəruri təkamülünün klassik nümunəsidir. "Kiçik, lakin zəruri təkmilləşdirmələr yalnız formaları müvafiq saxlamaqla yanaşı, irəliləyiş nümayiş etdirir", - o, bildirib.

Yeni emblemi ilk dəfə Aston Martin Aramco Cognizant F1 avtomobilləri tətbiq edəcək - debüt iyulun 23-24-də keçiriləcək Fransa Qran Prisində baş tutacaq.


Tərcümə: Famil Ələkbərli

Mənbə: motor.ru

Şərhlər