Aeratravel.az
Aeratravel.az

Hidro-planlama nədir?

  • 914
  • 0
  • 14-08-2022, 12:18
Hidro-planlama nədir?

Hidro-planlama (su kənarlaşdırıcı) çoxlarının eşitdiyi və bəzilərinin hətta hiss etdiyi, lakin buna baxmayaraq, çox vaxt diqqətdən kənarda qalan prosesdir. Onun potensial təhlükəsi çox vaxt ümumiyyətlə nəzərə alınmır. Məsələn, sürət həddinə əməl edilməməsi, təkərlərin vaxtında dəyişdirilməməsi, təhlükəli sürüş və s.

Hidro-planlama, səthdə olan su təbəqəsi səbəbindən yolda təkər tutumunun itirilməsidir. Sözün özündən də göründüyü kimi, bu, sözün əsl mənasında "suyun səthində sürüşmə" deməkdir. Bir qayda olaraq, bu proses qeyd edilən şəraitdə çox yüksək sürətlə avtomobilin gölməçəyə düşdüyü zaman baş verir. Bu vəziyyətdə əsas təhlükə tam dartma itkisidir: burada yol ilə təkərin təması buzla təkər arasındakı təmasdan daha azdır. MAXXIS brendinə məxsus Pragmatra MP10 modeli məhz xüsusi hidro-planlama xüsusiyyətinə malik olan şin modelidir.

MAXXIS Pragmatra MP10, yeni nəsil ekonom sinif şini kimi təqdim edilən yay avtomobil təkəridir. Bu modelin əsas xüsusiyyəti təhlükəsizlik, davamlılıq, münasib qiymət və rahatlığı özündə mükəmməl şəkildə birləşdirməsidir. Modelin çiyin nahiyələrinin (bortların) dizaynı sürüş səsinin minimuma endirilməsini təmin edir.

MAXXIS MP10 seriyasının geniş, düz çevrəvi yivləri suyu təmas zonasından sürətlə kənara atmaqla yanaşı, həm də nəm səkidə möhkəm tutumu təmin edir. Naxışlar yalnız yol səthinə etibarlı yapışmağa deyil, həm də bütün təmas sahəsi üzrə təzyiqin vahid şəkildə paylanaraq hamar sürüşün təmin olunmasına xidmət edir.


Müəllif: Maxxis Tires Azerbaijan

Şərhlər