Aeratravel.az
Aeratravel.az

Həmin vaxt İlon Maskın 2 yaşı var idi

  • 1 201
  • 0
  • 8-06-2021, 12:07
Həmin vaxt İlon Maskın 2 yaşı var idi Hələ 1973-cü ildə Teslanın gələcək yaradıcısı İlon Maskın cəmi 2 yaşı olanda Zaporojyedə elektrikli avtomobil hazırlandı. Burada nə var ki, soruşa bilərsiz – bu yenilik deyil, hətta XX əsrin əvvəllərində, elektrik mühərrikli özüyeriyən arabalar Amerika yollarında hərəkət edirdi.
"ЗМИ  – Электро" – Zaporojye Maşınqayırma İnstitutunun məhsulu olan Sovet elektrikli avtomobili belə adlanırdı. Ya sonuncu ЗАЗ-966, ya da erkən, keçid 968-i əsas götürdülər, indi demək çətindi. 30 at gücündə benzin mühərrik və onunla əlaqəli hər şey çıxarıldı, yerinə ДК-908 elektrik mühərriki quraşdırıldı. Gücü 4 kVt-a, gərginlik isə 30 Vt-a qədər artırıldı.
Mühərrik, bu maşın üçün xüsusi olaraq hazırlanmış, gərginlik dəyişəni özündə birləşdirən elektron sistemlə idarə olunurdu. Tiristor və diod əsaslı yarımkeçirici idi.Sistem aşağı yüklə batareyanın enerjisinə qənaət edərək rahat yürüş və qənaət təmin edirdi, əlavə olaraq batareyaları bərpa rejimində, enmə və əyləc zamanı da doldura bilirdi.

"ЗМИ-Электро"nun maksimum sürəti saatda 60 km/saat ilə məhdudlaşır, bu da avtomobilin 8 saniyədə qazana biləcəyi nəticədir. 1973-cü il üçün bu yaxşı bir göstərici idi.
Elektrikli ЗАЗ-ın dartıcı batareyalarının bir yükü ilə qət edə biləcəyi məsafə sürmə şəraitindən asılı olaraq təxminən 100 km idi.1974-cü ildə Sovet "Tesla"sı Moskvada sərgiləndi və yüksək mükafata layiq görüldü – Texniki elmlər doktoru Viktor Borisoviç Pavlovun rəhbərliyi altında hazırlanmış elektron idarəetmə sistemi üçün gümüş medal.

Avtomobil sınaqlardan uğurla keçdi. Son vaxtlara qədər bütün elektrikli avtomobillər üçün ümumi bir əhəmiyyətli çatışmazlıq var idi - batareyanın çəkisi 400 kq idi. Bu avtomobili çox ağırlaşdırırdı. Bəlkə də buna görə taleyi 1970-ci illərin II yarısında qaranlıqda itirilən tək bir nüsxədə qaldı.

Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər