Aeratravel.az
Aeratravel.az

Kia yeni nəsil Sportage krossoverini təqdim etdi

  • 1 407
  • 0
  • 14-06-2021, 11:47
Kia yeni nəsil Sportage krossoverini təqdim etdi Yeni Kia Sportage bu ilin iyul ayında Cənubi Koreya bazarında satışa çıxarılacaq.


Kia hələlik yeni Sportage modelinin ancaq eksteryer və interyerini paylaşdı, texniki parametrlər isə hələlik açıqlanmır. Yeni KiA Sportage krossoverinin əvvəlki modeldən daha böyük olmasına baxmayaraq, tamamilə fərqli kuzov ölçü nisbətləri əldə etdi. Krossoverin arxa dam sütunlarında əlavə baqaj pəncərələri yerləşdirilib, arxa qapılarda sabit şüşə künclər quraşdırılıb, həmçinin güzgülərin bərkidilməsi də müasirləşdirilib.


Əlavə olaraq ilk dəfə Kia Sportage modeli üçün qara dam seçmək mümkün olacaq. Avtomobil istehsalçısı krossoverin Sportage X-Line adlı “yolsuzluq” versiyasını da hazırladı ki, o bamperlər, yan tərəflərdəki genişlənmiş örtüklər, həmçinin dam reylinqləri ilə fərqlənir.




Yeni Sportage modelinin salon konsepsiyası altında alətlər və multimedia paneli (hər biri 12,3 düym) yerləşdirilmiş tək əyri şüşə ilə müasir üslubda hazırlanmışdır.  Görmə dərəcəsini artırmaq üçün avtomobilin ön panelini əvvəlindən 30mm aşağı etdilər. Kia şirkəti modelin dekorativ materiallarının keyfiyyətini artıracağını vəd edir.



Bundan başqa yeni Sportage modelinin 2 zonalı klimat-kontrol bloku çevirilən tutacaqları saxladı, amma üzərindəki düymələr artıq sensorla təchiz edilib. Avtomatik sürətlər qutusunun idarə eilməsinə mərkəzi tuneldə yerləşən dönən şayba cavabdehdir. Ön oturacaqların havalandırılması və sükan çarxının qızdırılması nəzərdə tutulur.




Yeni Sportage modelinin güc aqreqatı və transmissiyası haqqında hələlik məlumat yoxdur, amma böyük ehtimal ki, model yeni Hyundai Tucson krossoverindəki “texnika”ya malik olacaq. Yəni müxtəlif bazarlar üçün atmosfer mühərriklər, benzin turbo mühərriklər, dizel və hibrid güc quraşdırmaları planlaşdırılır. Yenilənmiş KiA Sportage üçün ilk bazar Cənubi Koreya olacaq: orada satışı bu ilin iyul ayına planlaşdırılıblar.


Tərcümə: Famil Ələkbərov
Mənbə: tarantas.news

Şərhlər