Aeratravel.az
Aeratravel.az

Şahzadə Diananın şəxsi avtomobili hərraca çıxarılacaq

  • 1 134
  • 0
  • 14-06-2021, 12:16
Şahzadə Diananın şəxsi avtomobili hərraca çıxarılacaq 40 illik avtomobili 30-40 min funt sterlinqə satmağı planlaşdırırlar.

Böyük Britaniyada kral ailəsinin tarixi üçün əlamətdar olan maraqlı bir lot auksiona hazırlanır. Şahzadə Dianaya məxsus olmuş 1981-ci il buraxılışı olan Ford Escort Ghia. Beş qapılı heçbek nişan şərəfinə gəlininə təqdim etdiyi Şahzadə Çarlzın hədiyyəsi idi. 90-cı illərin sonunda avtomobil 20 ilədək ictimaiyyətin nəzərindən kənarda qaldı, indi isə yeni sahibinə verilməyə hazırdır.




Açıq boz rəngli 1981-ci il buraxılışlı Ford Escort Ghia Dianaya toyundan iki ay əvvəl ilk həyat yoldaşı tərəfindən hədiyyə edilib. 1982-ci ilin avqust ayına qədər ona şəxsi səyahət üçün xidmət edən avtomobil olub: hərrac evinin saytında qeyd olunur ki, bu Diana və Çarlz arasındakı münasibətlərdə ən xoşbəxt müddət olub.


133 min km-lik yürüşə baxmayaraq, amerikan heçbeki yaxşı vəziyyətdədir. Bu həm də zavod lak örtüyü və interyer üzlüyünə aiddir. Bonus olaraq, WEV 297W nömrələri verilir - məhz bu nişan altında Diananın özü “Ford”-dan istifadə edib.




Heçbekin maraqlı bir xüsusiyyəti budur ki, kapotun üzərində talisman olaraq gümüşü qurbağanın olmasıdır ki, bu da Diananın bacısı Sara Spenserin şahzadə və qurbağa nağılını xatırlatmaq üçün verdiyi hədiyyənin bir nümunəsidir.


Tərcümə: Famil Ələkbərov
Mənbə: motor.ru

Şərhlər