Aeratravel.az
Aeratravel.az

Sükanı yerində çevirmək olarmı?

  • 1 699
  • 0
  • 16-06-2021, 12:21
Sükanı yerində çevirmək olarmı? Bir çox sürücülər sürücülük məktəbində təhsil aldığı günlərdən xatırlayır ki, avtomobilin sükanını yerində çevirmək olmaz, xüsusilə mühərrik işlək vəziyyətdə olmadıqda maşın üçün zərərlidir. Gəlin bu iddianın həqiqətə uyğun olub-olmadığını aydınlaşdıraq.

Hər şeydən əvvəl hansı avtomobillərdən bəhs etdiyimizi müəyyənləşdirək.

Hələ sovet dövründə və postsovet dövrünün əvvəllərində sürücülük məktəblərində təlimlərin arxa ötürücülü “Jiquli” və “Moskviç”-lərdə olan vaxtlarda təlimçinin sükanı yerində çevirməmək tələbləri ciddi əsaslara malik idi.


Axı hidravlik və ya elektrik gücləndiricisi olmayan sükanı çevirərkən sürücü sanki sükan ətrafında dolanaraq xeyli güc sərf edirdi. Nəticədə isə sükan idarəetməsi elementlərinin şarnir birləşmələri sürətlə zəifləyirdi, bu da təlim maşınlarının texniki vəziyyətini izləməli olan təlimçilər tərəfindən etiraza və nəzarətə səbəb olurdu.


Hidravlik və elektrikli sükan idarəetməli avtomobillərin tətbiqi ilə vəziyyət əsaslı olmasa da dəyişdi. Müasir maşınlarda sükanı yerində çevirmək sükan ötürücüsünün sürətli aşınmasına gətirib çıxarır.


Ancaq aydındır ki, sükan çarxları və onların birləşmələri sükanın yerində vaxtaşırı çevrilməsindən düşməyəcək, təkər rezinləri isə aşınmayacaq. Buna görə də sükanı yerində çevirmək tövsiyə edilmir, amma olar. Üstəlik, belə praktika konstruksiya ilə nəzərdə tutulur və təlimata əlavə edilib.


Buna baxmayaraq, mühərrik işlək olmadıqda müasir maşınarın sükanını yerində çevirmək məsləhət görülmür. Xüsusi ədəbiyyatda bu vəziyyətdə mexanizmlərin sürətlə aşınması prosesi baş verəcəyi bildirilir. İşlək vəziyyətdə hidravlik və ya elektrik ötürücü sisteminin dəyişdirilməsi ilə ciddi təmir tələb oluna bilər.


Hətta avtomobilin işlək olmayan vəziyyətdə sükanı çevirməyin asqı elementlərinə yükün artmasına səbəb olacağı hesab olunur. Bunda da bir məntiq var. İstisna deyil ki, belə vəziyyətdə içlik qutuları, müxtəlif istiqamətləndirici və sükan dartıcılarının vaxtından əvvəl dəyişdirilməsi lazım olacaq.


Beləliklə, məqalənin əvvəlində verilən sualın cavabı belə olacaq - sükanı yerində çevirmək olar, amma bu praktikadan qaçmaq daha yaxşıdır. Manevrdən əvvəl həddindən artıq kənar vəziyyətə çevrilirsə, şübhəsiz bu cür "bükülmələrdən" sui-istifadə etməməlisiniz.
Hidravlik gücləndirisi olan maşınlarda sükanın sona qədər çevrilməsi anında boru kəmərlərində və şlanqlara yüklənmənin çox yüksək olmasına səbəb olur. Başqa sözlə desək, hidravlik gücləndirici mexanizminin ömrünü uzatmaq üçün ən son vəziyyətə gətirərək 3 saniyədən çox və belə vəziyyətdə uzun müddət parketmə vəziyyətində saxlamaq olmaz.


Tərcümə: Famil Ələkbərov
Mənbə: rg.ru

Şərhlər