Aeratravel.az
Aeratravel.az

Braziliyadan olan, çox adamın bilmədiyi 5 maraqlı avtomobil

  • 954
  • 0
  • 23-06-2021, 16:12
Braziliyadan olan, çox adamın bilmədiyi 5 maraqlı avtomobil

Az adam bilir ki, son dərəcə yüksək cinayət səviyyəsi olan bir ölkə olan Braziliyada əvvəllər və indi də müxtəlif ölçülü avtomobil istehsalçısı olan zavodlar var.

Belə bir çeşidin fonunda, ölkənin bütün avtomobil tarixində bir çox maraqlı model buraxılmışdır.

Bəziləri uğursuz, bəziləri çox uğurlu oldu.


Aurora 122-C



Braziliyalı avtomobil həvəskarları üçün 1990-cı il – Aurora 122-C konsepsiyasının, daha doğrusu tam miqyaslı modelinin yaranması ilə əlamətdar oldu.

Avtomobilin işlək versiyası 1 il sonra avtosalonda təqdim edildi.

Ferrari F40-dan açıq şəkildə təsirlənən Aurora Projetos Automobilísticos Ltda şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır.

"Aurora"nın görünüşündə italyan markasının avtomobilinə bənzərliyi açıqca oxunurdu, mühərrik bölməsində isə Chevrolet Monza-dan 2 litrlik mühərrik vardı.

Daha çox güc əldə etmək üçün mühərrik 2,2 litrə qədər artırıldı və üzərinə turbokompressor quraşdırıldı.

Nəticədə avtomobil 214 at gücü, 204 km/saat sürət əldə etdi.


Santa Matilde SM 4.1


Braziliyada son dərəcə məhşur olan kupe, kənd təsərrüfatı texnikası istehsalçısının fəaliyyət növünü dəyişdirmək istəyindən doğdu.

Bunun üçün rəhbərlik idman avtomobili konstruktoru Renato Peiksotodan dəstək istədi.

Bu əməkdaşlığın nəticəsi çox dəbli bir kupe oldu.

"Santa Matilda" 1977-ci ildə təqdim edildi və sonrakı 20 il ərzində bu avtomobil konveyerdən uğurla buraxıldı.

Ərköyün qərbli sürücülər kupenin xüsusi bir şey olmadığını düşünsələr də, yerli sakinlər bunu çox bəyəndilər.

171 at gücü olan 6 silindrli mühərrik və ya 140 at gücü və disk əyləcinə sahib 4 silindrli turbo mühərriklə təchiz edilmişdir.

Dizaynerlər salonu olduqca rahatlaşdırdılar və hətta sərinləşdirici quraşdırdılar.


Hofstetter Turbo


Bu layihənin müəllifi Mario Rixard Hofştetterin fikrinə görə, avtomobilin futuristik görkəmdə olması lazım idi.

1980-ci ildə avtomobil üzərində iş başlayanda, dizaynları daha çox kosmik romanların şəkillərinə bənzəyən digər istehsalçılar tərəfindən bir neçə avtomobil təqdim edildi.

Bütün maraqlı avtomobil həvəskarlarının xəyal qırıqlığına səbəb olan bu layihə fantastik dərəcədə yavaş bir sürətlə inkişaf edirdi.

İstehsal 1984-cü ildə başladı, ilk model 1986-cı ildə buraxıldı və 1991-ci ilə qədər yalnız 18 nüsxə yaradıldı.

İlk modellər, yalnız 140 at gücünə sahib olan “Passat”ın az güclü 4 silindrli mühərriki ilə son dərəcə məyus edirdi.

210 at gücündə, 2 litrlik turbo mühərrikin sonrakı modellərində görünməsi də vəziyyəti xilas etmədi.


Farus



Farus şirkəti, olduqca maraqlı bir ML 929 idman avtomobili istehsal etdi.

Ən maraqlı şey, idman görünüşünün idmandan uzaq bir təchizat ilə birləşməsi idi. İdman avtomobili üçün gülünc olan 72 at gücü, 1,3 litrlik Fiat mühərriki ilə təchiz edilmişdi.

Bu vəziyyətdə mühərrik öz üzərinə 800 kq dəmir və şüşəplastik dartmalı idi.

Daha sonra Farus, tez bir zamanda satılan bir neçə avtomobil təqdim etdi, Beta Spider isə çox məhşur oldu.

Onu hətta Nyu York avtosalonunda göstərdilər və əvvəlcədən edilmiş sifarişlərə görə yığımı başladı. Ancaq geniş miqyaslı istehsal açmaq üçün kifayət qədər vəsait yox idi.

Avtomobil istehsalçısı yeni prezident Fernando Afonso Kolor de Melo hakimiyyətə gələnə qədər fəaliyyətini davam etdi.

O, xarici şirkətlər üçün bazarı açdı və Braziliya avtomobil sənayesi "batdı".


Bianco S



Braziliyalı avtomobil mühəndislərinin əsərləri arasında idman avtomobili statusuna iddia edən, lakin idman avtomobili olmayan bir çox avtomobil var.

Bunlara öz zamanında Formula 3 üçün avtomobil yaradan Ottorino Biankonun "Bianco S" modeli daxildir.

Onun tərəfindən layihələndirilmiş avtomobil, böyük yarışlarda asanlıqla iştirak edə bilən güclü bir idman avtomobilinin təəccüblü görünüşünə sahib idi.

"Bianco S"in mühərrik bölməsində 1.6 litr həcmli, 65 at gücü olan atmosfer mühərriki dururdu.

Onunla birlikdə iki karbürator, "Brasilia" hetçbekinin şassisinin bir hissəsi və "Volkswagen"dən olan güc qurğuları istifadə edildi.

Nəticədə, şüşə lif gövdəsi olan gözəl idman avtomobili olduqca orta səviyyəli idarəetməyə sahib idi və hətta 150 km/saata çatmırdı.

Kupe 1976-cı ildən istehsal olunurdu. Bəzi dəyişikliklərlə idman avtomobilinin ikinci versiyası da var idi.

İstehsal 1980-ci illərin əvvəllərində dayandırıldı.

Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər