Aeratravel.az
Aeratravel.az

Yapon mühərrikinə uyğun olan yağ alman mühərrikini dağıda bilərmi?

  • 1 768
  • 0
  • 26-06-2021, 21:31
Yapon mühərrikinə uyğun olan yağ alman mühərrikini dağıda bilərmi?

Mühərrikin aşınması və dağılmasında əsas rollardan biri yağın özüllüyünün (viskozluq) az olmasıdır. Çox sürücü elə bilir ki, 0W30 5W30-dan daha durudur. Əslində isə belə deyil. Əgər bu yağlar alman avtomobiləri üçün nəzərdə tutulubsa, demək olar ki, bir-birinə bənzər viskoqluğa sahib olacaq. Amma ola bilər ki, 5w30 yapon avtomobili üçün olsun, onda bu aşağı viskozlu olacaq. Yəni alman maşını üçün olan yapon maşını üçün olan 5w30-dan fərqli viskozluğa sahibdir.

Problem haradan yaranır?

Adətən alıcı və satıcı sadəcə 5w30-a fikir verir. Halbuki bunlar yuxarıda qeyd etdiyimiz kimi fərqli yağlardır. Belə olan halda siz əgər yapon mühərrikinə uyğun olanı alman mühərrikinə töksəniz, bu ciddi fəsad yaradacaq. Amma alman mühərriki üçün olanı yapon mühərrikinə töksəniz, onda daha yaxşı nəticə ola bilər. Səbəbi isə avtomobilin Azərbaycanda istifadə edilməsidir. Belə ki, həm yanacağın aşağı səviyyədə olması, həm də mühərrikin köhnə olması (xətalı işləməsi) mühərrik yağında viskozluğu aşağı salacaq və beləliklə onsuz da aşağı viskozlu yağ (yəni yapon maşınına uyğun olan) qısa zamanda suya dönəcək (yəni viskozluğu itirəcək) və mühərrik aşınaraq dağılacaq. 

Hörmətli bizi izləyən avtomobil sürücüləri. Xahiş edirik, yağları alarkən bu məqama diqqət edəsiniz.

Mənbə: Avto K1ub Yağ Mərkəzi 

Şərhlər