Aeratravel.az
Aeratravel.az

Usta, filtri yaxşı sıxdınmı?

  • 983
  • 0
  • 2-07-2021, 23:45
Usta, filtri yaxşı sıxdınmı?

Yağ dəyişmə məntəqələrində sürücüləri hər zaman narahat edən məsələlərdən biri də yağ filtrinin yaxşı sıxılıb-sıxılmamasıdır. Bir dəfə yağ mərkəzimizə yaxınlaşan bir avtomobilin yağ filtrini açarkən 4 ədəd xüsusi filtr açarı qırdıq. Çox uzun çəkən əziyyətli işdən sonra bütün şəxsi heyəti səfərbər edərək bu filtri aça bildik.

Bunu bu qədər sıxmağa ehtiyac varmı?

Bütün müasir avtomobillərin yağ filtrlərinin üzərində bir rəqəm yazılır (25Nm). Bu rəqəm bəzi hallarda dəyişə də bilir. Plastik qapaqlı filtrlərdə 25 Nm, dəmir filtrlərdə isə 15 Nm-dən 25 Nm-ə qədər dəyişir. Bu rəqəm filtrin hansı qüvvədə sıxılmasını göstərir. Yağ filtrini sıxarkən bu qüvvədə sıxmaq lazımdır. Bu qüvvə avtomobil istehsalçısının sərt tələbidir. Filtrin artıq və ya əskik gücdə sıxılması sizin avtomobilinizin mühərrikinin işləməsinə ciddi şəkildə təsir göstərir.

Filtri az sıxdıqda filtr kipkəcinin arasında hər zaman yağ axa bilər. Bu zaman həm maşının alt hissəsi batar, həm də yağın azalması səbəbindən mühərrik dağıla bilər.

  1. Filtr çox sıxıldıqda filtr kipkəci çox sıxılmadan dolayı zədələnə bilər və yenə yağ sızması ola bilər.
  2. Filtr çıx sıxıldıqda ustanın da görə bilmədiyi filtrin içində kağız elementində burulma halları olur. Bu zaman isə burulmuş filtr yağı düzgün süzmür. Ən yaxşı halda mühərrik səsli işləyir. Ən pis halda isə mühərrik yağ çatışmazlığından dağılır.

Bu hallar baş verməsin deyə yağ dəyişmə yerlərində ustanız filtri sıxarkən ondan DİNOMOMETRİK AÇAR tələb edin.


Mənbə: Avto K1ub Yağ Mərkəzi

Şərhlər