Aeratravel.az
Aeratravel.az

Usta, yağı iylə gör nə qədər gedər?

  • 1 050
  • 0
  • 11-08-2021, 00:37
Usta, yağı iylə gör nə qədər gedər?

Bir gün müştərimizin verdiyi bu sual bizi həm düşündürdü, həm də kədərləndirdi. Ona görə ki, bunu bacara bilmiriksə, niyə bu burunu üzərimizdə gəzdiririk. Kədərləndirdi, ona görə ki, iyirmi birinci əsrdə hələ də insanlarımız ustaların burnunu laboratoriya ilə səhv salır.

Transmissiya yağı nə zaman dəyişilməlidir?

Sizləri çox yormadan birbaşa mövzuya başlamaq istəyirik. Əziz izləyicilərimiz, müasir avtomobillərin bütün yağ və mayeləri ağzı açılmadan qablaşmada 5 il saxlana bilər. Bu, son işlətmə tarixi, həmçinin transmissiya mayelərinə də aiddir. Bir çox avtomobillərin transmissiya yağları istehsalçı tələbinə uyğun olaraq, 40000-60000 km intervalda dəyişilməlidir. Əgər sizin avtomobil 2014-cü ildirsə və avtomobilin yürüşü 40000 km-dən azdırsa, siz yenə də transmissiya yağını dəyişməlisiniz. Artıq transmissiyada olan yağ son istifadə tarixini keçib və bu sizin avtomobilin transmissiyasında problem yaradır.

İyləməklə keyfiyyəti bilmək olarmı?

Bu gün bir çox servisdə yağı iyləyərək sizə «bu yağı dəyişin», ya da «sür getsin», «hələ bir az gedər» kimi sözlər deyirlər. Bu, birmənalı şəkildə qeyri-professional bir yoldur. Heç bir ustanın burnu laboratoriya deyil. Əgər bir usta bunu edirsə, demək ya sizi aldadır, ya da artistlik edir. Əgər avtomobil 0-dan sizdə olmayıbsa və siz transmissiya yağının nə zaman dəyişildiyini bilmirsinizsə, ən optimal variant rəngə görə təyin etməkdir. Bu rəngi təyin etmək üçün isə aşağıdakı şəkilə diqqət yetirə bilərsiniz. 

Transmissiya yağını yanmadan öncə dəyişmək tövsiyə olunur. Yanmış yağ transmissiya hissələrinə zərər yetirir və siz yağı dəyişsəz belə problem aradan qalxmır.

Diqqət! Amerika, Koreya və s. ölkələrdən ixrac olunan bütün avtomobillərin transmissiya yağı birmənalı şəkildə yoxlanmalıdır. İnterval və son istifadə tarixi nəzərə alınaraq dəyişilməlidir. 


Mənbə: Avto K1ub Yağ Mərkəzi

Şərhlər