Aeratravel.az
Aeratravel.az

Birinci pul - sonra maşın. Mövcud olmayan maşını satmağı bacaran sahibkar

  • 1 473
  • 0
  • 12-07-2021, 11:50
Birinci pul - sonra maşın. Mövcud olmayan maşını satmağı bacaran sahibkar

Avtomobil uğursuzluğu tarixdə mütəmadi olaraq baş verib, amma bir layihə başa çatdıqdan sonra baş verə biləcək ən pis şey pul itkisidir. Pul qazanmaq istəyi hər zaman sahibkarlar üçün motivasiya mənbəyi olub. Bəziləri bunu dürüst və öz gücünə güvənərək ediblər, digərləri isə...

"Kaliforniya" başlanğıcı

1940-cı illərin sonlarında mövcud olan Davis Motorcar şirkəti haqqında bir çoxunuz eşitməyib. Uğur qazanmasa da tarixdəki yerinə görə həddindən artıq təşəbbüskar təsisçisi Qlenn Devisə borcludur.

Davis Motorcar Company 1930-cu illərin sonunda yaradılıb. O zaman Kaliforniyada yarış hərəkatı inkişaf edirdi, 20 yaşlı Coel Torn da layiqli miras alanlardan biri idi. Pul və sürət sevgisi olan halda imkanlardan istifadə etməmək axmaqlıq olardı. Torn özünün yürüş avtomobillərini hazırlamaq üçün Thorne Engineering şirkətini təsis etdi. Müəssisə bir çox uğurlara imza atdi.

Thorne Engineering şirkətinin tərkibində əsas şəxs Frenk Kertis idi. O, özünün xüsusi sportkarları və hot-rodları ilə məşhur idi Torn Kertisdən şəxsi istifadə üçün heç kimdə olmayan maşın hazırlamağı xahiş etdi. Nəticədə “Kaliforniyalı” adlı V8 ilə üç təkərli rodster alındı.


O vaxtlar Qlenn Devis İndianada avtomobil satıcısı olaraq işləyirdi. O, yaxşı həyat axtarışı üçün Kaliforniyaya köçür, özünü sənaye dizayneri olaraq inkişaf etdirir, amma onun bacarıqları sual altında qalırdı. Devisin əsas xüsusiyyəti insanlara yol tapmaq bacarığı idi. Devis Tornla dostlaşdı və 1945-ci ilin sonunda həmin rodsteri əldə etdi.

Devis “Kaliforniyalı”-lını təkcə sahiblənmək üçün istəmirdi, onda qazanmaq və bazarda digər istehsalçılara şərtlər diktə edə biləcək bir avtomobil satmaq üçün fürsət gördü. O gələcəyi qiyməti 1000 dollardan və sərfiyyatı 100 km üçün 5 litrdən az olan üç təkərdə görürdü. Bu gün üçün də yaxşı səslənir!

Devis işə başladı. O dövrün məşhur jurnallarında “öz” avtomobilinin nəşrinə nail olmuşdu. Avtomobilin əsl yaradıcısı Frenk Kertisdən isə heç yerdə bəhs edilmirdi. Eyni zamanda “Kaliforniyalı” “dağılmağa" başladı ki, bu da Devisi qane etmirdi.

O aerokosmik sahənin mühəndislərini yeni prototip layihələndirməyə və hazırlamağa inandıra bildi. Əmək haqqı və digər xərclər üçün Devisin pulu yox idi, amma istehsala başladıqdan sonra hər kəsi ikiqat qonorar alacağına əmin etdi. İlk prototip Baby adını aldı.


Devis vaxtında ondan yararlandı: Baby Kaliforniyadakı “Gül paradı”na - sadə və həm də varlı insanların ziyarət etdiyi böyük tədbirə rəhbərlik etdi. Reklam fəndi alındı: həm adi alıcılar, həm də diler və ya investor olmaqla şirkətə yatırım etməyə hazır olan insanlar avtomobillə maraqlandılar.

Devis puldan əl çəkmədi. O avtomobili istehsal etmək üçün köhnə aviasiya zavodunu icarəyə götürdü, amma reklam kampaniyalarına da pul xərcləməyi unutmadı. Eyni zamanda rahat yaşamaq üçün də vəsait qalırdı.


İnvestorlar nəyə aldandılar? Davis avtomobili üç təkərdə hərəkət edirdi, dörd oturacaq və alüminiumdan kuzova malik idi. Qalan detallar isə ənənəvi idi. Continentaldan 63 at gücünə malik 4 silindrli mühərrik və Borg-Warner-dən 3 pilləli qutu.


"Divan" satıcısı

Vaxt ötürdü, Baby isə prototip olaraq qalırdı, çünki fəaliyyətin davamı üçün ikinci avtomobil lazım idi. O Davis Delta oldu. Onda alüminium kuzovdan imtina edildi. Nəhayət, istehsala hazır olan ilk "qaranquş" Davis Divan oldu. 1948-ci ildən gündə 50 avtomobil olmaqla istehsala başlamaq planlaşdırılırdı, bundan sonra isə həcm 1000 avtomobilə qədər artırılmalı idi.


Devis əla təşviqatçı və satıcı idi, amma gözəl sözlər elə söz olaraq qalırdı. Bəzi təxminlərə görə, o 300-dən çox potensial investor və dilerdən 1,2 milyon dollar toplamağı bacarmışdı. 1949-cu ilin əvvəlində Los-Ancelesin rayon prokuroru artıq şirkətə investisiya qoyan insanların avtomobillərini əldə etmədiyi barədə iddialarını araşdırırdı. Buna əlavə olaraq 17 əməkdaş bəyan etdi ki, əmək haqlarını verilməyib.


Devis təcili ABŞ ordusunu maraqlandıra biləcək prototiplər hazırlamağa cəhd etdi ki, əldə edilmiş pulla köhnə problemləri həll etsin. Amma bu alınmadı: 1949-cu ilin sonuna yaxın şirkət həbs olundu. Cəmi 13-16 Davis avtomobili buraxılmışdı ki, baş verənlərin miqyasında bu ciddi deyildi.


Devis sonadək cəzadan qaçmağa çalışdı, amma bütün məhkəmə proseslərindən sonra saxtakarlığa görə 2 il müddətinə həbs olundu. Həbsdən çıxandan sonra avtomobillərlə bağlı bizneslə məşğul olmağa davam etdi, hətta təhlükəsizlik üçün rezin bamperləri olan başqa bir möhtəşəm avtomobilin hazırlanması üçün investorlar axtarmağa başladı. Amma bu mümkün olmadı: 1973-cü ildə Devis xəstəlikdən öldü.


Tərcümə: Famil Ələkbərov

Mənbə: abw.by

Şərhlər