Aeratravel.az
Aeratravel.az

Sürücülər üçün isti havada təhlükəsiz sürmə qaydaları

  • 1 201
  • 0
  • 12-07-2021, 13:33
Sürücülər üçün isti havada təhlükəsiz sürmə qaydaları

İsti havada sürücülər avtomobili sürməzdən əvvəl akkumulyator, kondisioner və elektronikanı yoxlamalıdırlar.

Sürücülər kondisioneri qoşmazdan əvvəl avtomobili havalandırmalıdırlar. Həmçinin çəni tam doldurmaq olmaz. Yola çıxarkən ilk yardım dəsti, günəşdən qoruyan eynəklər və çoxlu su götürmək vacibdir.

Avtomobili açıq rəngli və rahat geyimdə idarə etmək tövsiyə olunur. Avtomobil sürücüləri uşaqlar və ev heyvanlarını salonda qoymamalıdırlar, çünki temperatur 60 dərəcəni keçə bilər.

Həmçinin sürücülərə maşını kölgədə park etmək, istidə isə günəş şüalarını əks etdirən ekranlarla və ya örtüklərlə örtmək lazım olduğunu xatırlatdılar. Özünüzü pis hiss edirsinizsə, səfərdən imtina etmək lazımdır, çünki istidə reaksiya sürəti azalır. Bu, qəzaya səbəb ola bilər.


Tərcümə: Famil Ələkbərov

Mənbə: mail.ru

Şərhlər