Aeratravel.az
Aeratravel.az

R34 kuzovlu İkonik Nissan Skyline GT-R 2002 Yaponiyada hərracda satılıb

  • 2 268
  • 0
  • 12-07-2021, 15:07
R34 kuzovlu İkonik Nissan Skyline GT-R 2002 Yaponiyada hərracda satılıb

Cəmi 10 km yürüşü olan sportkar 55 milyon yenə və ya təxminən yarım milyon dollara satılıb.


Hərrac 7 iyuldan 11 iyula qədər keçirilib. Lot üçün başlanğıc qiymət 45,4 milyon yen (412,5 milyon dollar) olub və hərrac zamanı demək olar ki, dəyişməz qalıb, amma son saatlar lot üçün mübarizə başlayıb və onun sonuna qədər qiymət 10 milyon yenə qədər artıb. Vergilər daxil olmaqla satıcı əldə edilmiş avtomobilə 60,5 milyon yen (549 min dollar) ödəyəcək.


Bu nümunənin dəyəri təkcə ideal vəziyyətdə deyil, həmçinin ondadır ki, avtomobil V-Spec II Nür seriyasına (Nürburgring yarış zolağının adından) aiddir. Bu maşınlardan cəmi 718 ədədi istehsal edilib. Onlar təkmilləşdirilmiş asqı, ATTESA tam ötürücü ayarları və daha güclü  - 2,6 litrlik RB26DETT ikiqat turbo mühərriklə təchiz olunmuşdur. 276 at gücü olan mühərrik Getrag 6 pilləli “mexanika” ilə uyğunlaşır.


Tərcümə: Famil Ələkbərov

Mənbə: autoua.net

Şərhlər