Aeratravel.az
Aeratravel.az

Filippin hökuməti bahalı maşınlara qənim kəsilib

  • 1 252
  • 0
  • 12-07-2021, 17:35
Filippin hökuməti bahalı maşınlara qənim kəsilib

Sərhəddi qanunsuz yollarla keçən avtomobillərə hər bir ölkənin öz münasibəti var. Eyni zamanda tətbiq olunan bəzi hərəkətlər, belə bir vəziyyətdə avtomobilləri tam qiymətləndirə bilənlərin son dərəcə qeyri –müəyyən reaksiyasına səbəb olur. Məsələn, Filippin hökuməti qaçaqmalçılıq yolu ilə McLaren 620R ilə çox sərt davrandı.

Qaçaqmalçılar üçün cəza

Filippin – qaçaqmalçılıq yolu ilə gətirilən avtomobillər üçün elə də yaxşı yer deyil. Hökumət 2017-ci ildə qanunvericiliyə dəyişiklik etdikdən sonra ölkəyə qanunsuz olaraq gətirilən bir dənə də olsun avtomobil, uzun müddət burada qala bilmir. Hamısı sözün əsl mənasında "press" altına düşür.

Filippin hökuməti qaçaqmalçılıq yolu ilə gətirilən avtomobillərdən çox orijinal şəkildə qurtulur – avtomobil sadəcə zibilliyə göndərilir. Eyni zamanda onların markası, dəyəri və nadirliyi heç bir əhəmiyyət daşımır.

Bu yaxınlarda, ən bahalı modelləri seçərək "utilizasiya nümayişi" də təşkil etdilər. Porsche 911, Lotus Elise, Bentley Continental Flying Spur və Mercedes – Benz SLK ekskavatorun üzərindən keçdiyi avtomobillər arasında idi. Siyahıya McLaren 620R başçılıq edirdi.


Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər