Aeratravel.az
Aeratravel.az

“Aİ-98” markalı benzinin qiyməti artıb

  • 1 919
  • 0
  • 3-08-2021, 12:21
“Aİ-98” markalı benzinin qiyməti artıb

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

Masin.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

“Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı. 

Nigar Məmmədova

Şərhlər