Sırala:

VW Tiguan və Jetta modellərinin istehsalını dayandırır

  • 504
  • 0
  • 29-04-2021, 23:27
VW Tiguan və Jetta modellərinin istehsalını dayandırır Volkswagen konserninin nümayəndələri 6-16 may tarixlərində VW Tiguan krossoverinin və 3-19 may tarixlərində VW Jetta sedanının istehsalını dayandırmaq məcburiyyətində qaldıqlarını təsdiqləyiblər. Hər iki avtomobil şirkətin Meksikanın Puebla şəhərindəki Taos və Golf modellərinin yığıldığı zavodda istehsal olunur.


VW şirkətinin açıqlamasında bildirilir ki, “yaxın aylarda çip tədarükü aşağı olaraq qalacaq”. Bununla belə, həftənin əvvəlində Volkswagen Group öz menecerlərinə ikinci rübdə daha çox istehsal həcminə hazırlaşmağı tövsiyə etmişdi.
“Volkswagen Group-un təchizatçıları və nümayəndələri ikinci rübdə ciddi problemlərlə qarşılaşacağımızı, bəlkə birinci rübdən daha çətin olacağını bildirirlər”, - Seat rəhbəri Ueyn Qriffits deyib. O əlavə edib ki, konsern rəhbərliyi hansı avtomobilləri yığacağına yalnız tədarükçülərdən çipləri aldıqdan sonra qərar verəcək.

 
“Texasda baş verən fırtınalar səbəbindən vəziyyət çətinləşib, çünki orada yerləşən nəhəng çip istehsalçıları öz istehsalını dayandırmalı və ya məhdudlaşdırmalı oldular”, - VW şirkətinin keçən həftə etdiyi açıqlamada deyilir. “Buna görə istehsalın növbəti tənzimlənməsini istisna etmək olmaz”.

Tərcümə: Famil Ələkbərov
Mənbə: infocar.ua

Şərhlər