Aeratravel.az
Aeratravel.az

Yeni nəsil yolsuzluq avtomobili Toyota Land Cruiser Prado 2022-ci ildə təqdim olunacaq

  • 6 193
  • 0
  • 23-08-2021, 13:36
Yeni nəsil yolsuzluq avtomobili Toyota Land Cruiser Prado 2022-ci ildə təqdim olunacaq

Bu yaxınlarda yeni nəsil flaqman Toyota Land Cruiser bazara çıxarıldı, demək olar ki, çox keçmədən Land Cruiser Pradonun da yeni modeli çıxacaq.

Yapon nəşri Creative Trend-ə görə, yeni Prado 2022-ci ilin yayında satışa çıxarılacaq. Hazırda Land Cruiser Prado 250 ilə bağlı bütün məlumatlar qeyri-rəsmidir. Yapon nəşrinin nümayəndələri hesab edirlər ki, model Land Cruiser 300-ün bəzi xüsusiyyətlərindən istifadə edilməklə, çərçivə quruluşunu və tanınan dizaynını saxlayacaq.

Çox güman ki, yenilik Land Cruiser 300-dən TNGA-F (GA-F) modul platformasına əsaslanacaq. Yeni arxitekturadan istifadə sayəsində yolsuzluq avtomobili aktual modeldən daha yüngül və rahat olacaq, Pradonun yolsuzluq keyfiyyəti eynilə yüksək səviyyədə qalacaq.

Yeni Pradonun mühərrik çeşidi V8-dən məhrum olan, lakin müasir turbomühərrikli V6 əldə etmiş Land Cruiser 300-dən götürüləcək. 

Xatırladaq ki, flaqman krossoveri 299 at gücünə və 700nm fırlanma anına malik yeni 3,3 litrlik turbodizel, həmçinin Lexus Ls-dən yeni benzin tvin-turbo mühərrik əldə edib. Hər iki mühərrik yeni 10 pilləli avtomatik transmissiya, üç diferensial kilidli dörd təkərli idarəetmə sistemi və Multi-Terrain Select sürücü rejimi seçicisi ilə birləşir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: tarantas.news

Şərhlər