Aeratravel.az
Aeratravel.az

Radiatoru su ilə doldurmaq üçün Chevrolet Suburban maşınını çayda batırdı

  • 1 329
  • 0
  • 23-08-2021, 14:25
Radiatoru su ilə doldurmaq üçün Chevrolet Suburban maşınını çayda batırdı

Vaşinqton ştatının sakininin öz Chevrolet Suburban avtomobilinin radiatorunun su ilə doldurmaq cəhdi biabırçılıq və şerifin çağırışı ilə bitdi - avtomobil sadəcə suda batdı.

Kömək çağırışına cavab verən və hadisə yerinə çatan şerif SUV-un batması faktına deyil, Chevrolet Suburban sahibinin motivasiyasına təəccübləndi.

Məlum oldu ki, hər şey “yapışqan” termostatı təbii şəraitdə dəyişdirmək istəyi ilə başladı. Ancaq işin sonunda məlum oldu ki, mexanik antifrizi almağı unudub. Tərslikdən Chevy-nin baqajında heç bir qab yox idi.

Dostlarının “məsləhətinə qulaq asan” kovboy maşının özünü suya çatdırmağa qərar verdi. Sözün əsl mənasında maşını birbaşa çaya sürdü! Maşının radiatorundan başqa bütün mühərrik bölməsi, hətta salonun bəzi hissələri də suya qərq oldu. Nəticədə mühərrik söndü, 2,5 tonluq yolsuzluq avtomobili artıq tək başına sahilə çıxa bilmədi. Suburban-ı çaydan çıxarmaq üçün kömək üçün yerli şerifə müraciət etməli oldu.


Tərcümə: Famil Ələkbərov

Mənbə: abw.by


Şərhlər