Aeratravel.az
Aeratravel.az

Lada Niva yolsuzluq avtomobili Cənubi Amerikada satışa çıxarıldı

  • 1 944
  • 0
  • 23-08-2021, 15:29
Lada Niva yolsuzluq avtomobili Cənubi Amerikada satışa çıxarıldı

Cənubi Amerikada Lada dilerləri multimedia sistemi ilə təchiz olunmuş Niva Legend yolsuzluq avtomobilini buraxdılar. 8 düymlük toxunma ekran mərkəzdə yerləşdirilib. Buraya İnternetə sürətli daxil olmaq, Bluetooth ilə cihazlara bağlanmaq, həmçinin naviqasiyanı aktivləşdirmək üçün “qaynar” düymələr əlavə edilib. Multimedia modelin 3 və 5 qapılı versiyalarında mövcuddur.

Yeni informativ-əyləncəli multimediası olan Lada Niva Legend haqqında məlumatlar hələ bir il əvvəl Cənubi Amerika sosial şəbəkələrində müzakirə edilirdi. Boliviyada avtomobilin yeni versiyasının buraxılması ilə toxunma ekranla təchiz etdilər. Ancaq rusiyalı alıcılar əlavə bir seçim olaraq belə bir toxunma ekranı quraşdıra bilməzlər.

Boliviya üçün Lada Niva Legend modelinin reklamında yeni multimedia sisteminə xüsusi diqqət yetirilir - məlumat verilir ki, avtomobildə GPS-naviqasiya, internetə çıxış var, Bluetooth-la bağlanan istənilən mobil telefonla isə musiqi dinləyə bilərsiniz.

Sensor ekranlı Niva Legend xarici görünüşünə görə Rusiya bazarında satılan yolsuzluq avtomobillərindən fərqlənmir. İnteryer "üzən" ekranla tamamlanır. O, avtomobilin ön şüşəsindən belə görünür.  Nivanın Cənubi Amerika üçün digər versiyaları barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, Niva Legend Amerikada Rusiyadan daha bahalıdır. 3 qapılı modelin qiyməti 15900 dollar, 5 qapılı modelin qiyməti isə 16900 dollardır. Boliviyada yeni versiya Lada Niva Travel 21900 dollara satılır.


Tərcümə: Famil Ələkbərov

Mənbə: tarantas.news

Şərhlər