Aeratravel.az
Aeratravel.az

Bu gün - 1 sentyabr "AVTOMOBİL USTALARININ PEŞƏ BAYRAMI" günüdür

  • 1 768
  • 0
  • 1-09-2021, 12:11
Bu gün - 1 sentyabr "AVTOMOBİL USTALARININ PEŞƏ BAYRAMI" günüdür

Bu gün - 1 sentyabr "AVTOMOBİL USTALARININ PEŞƏ BAYRAMI" günüdür. Əlbəttə, rəsmi şəkildə belə bir gün qeyd olunmur. Bu təklifi bir neçə il əvvəl "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu irəli sürüb. Qrupdakı səsvermənin nəticəsi də təklifin müsbət qarşılandığının göstəricisidir. Düşünürük ki, bu günün qeyd olunması bu peşə sahiblərinə daha da stimul verəcək. 

Qrup rəhbərinin paylaşımını sizə təqdim edirik:

"Xanımlar və cənablar!

Bu gün - 1 sentyabr "AVTOMOBİL USTALARININ PEŞƏ BAYRAMI" günüdür. Bu münasibət ilə Klub Administrasiyası və Klub adından bütün avtomobil ustalarını təbrik edirik! Sizlərə tutduğunuz peşədə və zəhmətli yolda uğurlar arzu edirik!

QEYD: 26 iyul 2019-cu il tarixdə Klub daxilində bu günün qeyd olunması ilə bağlı 5 günlük sorğu keçirildi və 41 səs çoxluğu ilə bu təklif qəbul olundu.

Klub rəhbərliyi olaraq çox istərdik ki, sizlərin dəstəyi ilə bu günün qeyd olunması ənənə halını alsın və hər il qeyd olunsun...".


Şərhlər