Aeratravel.az
Aeratravel.az

İsveçrəlilər 2000 at gücündə Morand hiperkarı istehsal edəcəklər

  • 1 688
  • 0
  • 5-05-2021, 23:09
İsveçrəlilər 2000 at gücündə Morand hiperkarı istehsal edəcəklər
Hələlik şirkət yalnız renderləri göstərməyə hazırdır. Ön hissəsi Lotus Evija-ya bənzəyir, amma “britaniyalı” ilə müqayisədə yenilik nəzərəçarpacaq dərəcədə daha kiçik görünür. Ban panelləri və interyer Ampliteks materialına əsaslanan kompozitdən hazırlanacaqdır. Karbon lifindən daha ağır olmasına baxmayaraq ekoloji cəhətdən təmizdir.



Son vaxtlar İsveçrə avtomobilləri haqqında getdikcə daha çox məlumat alırıq. Adətən məlumatlar startaplar haqqında olur, amma yerli mühəndislərin iddialı olmağına yalnız qibtə edilə bilər. Məsələn: yeni şirkət olan Morand Cars eyni zamanda iki hiperkar istehsal etməyi planlaşdırır: hibrid və tamamilə elektrikli. Gücləri müvafiq olaraq 1115 və 1977 at gücüdür. Maraqlıdır ki, firmaya “Le Mans” da daxil olmaqla müxtəlif avtomobil idman fənlərində mexanik və komanda meneceri kimi fərqlənən Benua Muron rəhbərlik edir. Komanda yoldaşı Erik Bulyenin də qürur duyacağı çox şey var - Lotus F1 Team və McLaren F1 komandalarını inkişaf etdirmə təcrübəsi var.



İsveçrəlilərə qeyri-adi kompozit hazırlamağa formula maşınları üçün Ycom adlı italyan şirkəti ilə əməkdaşlıq edərək materialın hazırlanması ilə məşğul olan Bcomp firması kömək edir. Yeniliyin əsasını isə bu sinif üçün ənənəvi olan karbon lifli monokok təşkil edir.


Hibrid modifikasiya hərəkətə V10 5.2 təzyiqlə 700 at gücü və 542 Nm ilə gətiriləcəkdir. Görünür, söhbət Audi R8 kupesində istifadə olunan aqreqatdan gedir. Ona bu işdə üç elektrik mühərriki kömək edəcək: biri daxili yanma mühərriki ilə Xtrac yeddi pilləli ardıcıl sürət qutusu arasında, digər ikisi isə ön oxda. Bufer saxlayıcı rolunu isə 4,5 KvT/s həcmində litium-ion batareyası oynayacaq. Bundan əlavə o, yalnız elektrik enerjisi ilə 50 km yürüşü təmin etməlidir. Hiperkarın kütləsinin 1250 kq-dan çox olmayacağı gözlənilir.


Hibrid transmissiyaya malik hiperkarın ilin sonuna qədər göstəriləcəyi vəd olunur, lakin potensial müştərilər elektrikli avtomobili 2022-ci ilə qədər gözləməli olacaqlar.


“Yaşıl versiya” təkər başına biri olan dörd daimi maqnit mühərrikə malikdir. Burada akkumulyator həcmi nəzərə çarpacaq dərəcədə böyükdür - 70 kVT/s. Eyni zamanda mühəndislər bütün elektrik avadanlıqlarının kütləsinin 400 kq-dan çox olmayacağını bəyan edirlər. Məqsədlərdən biri də Formula E-dən daha çox olmaqla, batareya sıxlığını 210 Vt/kq-a çatdırmaqdır. Yürüş ehtiyatı naməlum ölçmə sisteminə görə 301 km-dir. 350 kVt gücündə olan bir stansiya kupenin enerjisini 12 dəqiqədə dolduracaq, amma avtomobil terminalla 560 kVt işləyə bilər (hələ belə bir şey yoxdur) - beləliklə, şarj yeddi dəqiqədən çox davam etməyəcək. Maşınların qiyməti 2,3 milyon isveç frankına (təxminən 4,3 milyon manat) bərabərdir. Tiraj 73 nüsxədir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: drive.ru

Şərhlər