Aeratravel.az
Aeratravel.az

“Peugeot” haqqında maraqlı faktlar

  • 1 587
  • 0
  • 23-09-2021, 12:32
“Peugeot” haqqında maraqlı faktlar

Bu gün, bəlkə də, hər hansı bir insan, hətta avtomobillərlə heç maraqlanmayanlar da daxil olmaqla, fransız markası Peugeot haqqında məlumatlıdır. Bu təəccüblü deyil, çünki “Peugeot” dünyanın ən qədim və ən hörmətli avtomobil istehsalçılarından biridir, arxa ayaqları üzərində dayanan aslan isə üstün keyfiyyət və etibarlılıq rəmzi hesab olunur.

Bu gün məşhur fransız istehsalçısının avtomobillərinin bütün üstünlüklərini sadalamayacağam, çünki bunun heç bir mənası yoxdur, ancaq şirkət və onun yaradıcılığı haqqında maraqlı faktları qeyd etməyə çalışacam. Gəlin, az adamın bildiyi məlumatlardan "Peugeot" haqqında nələri öyrənə biləcəyimizə baxaq.

1.    Peugeot - 180 il əvvəl, yəni 1840-cı ildə qurulmuş, zəngin tarixə malik, bir avtomobil istehsalçısıdır. Doğrudur, fəaliyyətə başladığı zaman maşınlar deyil, hər evdə geniş istifadə olunan adi məişət texnikası - qəhvə və ədviyyat üçün əl dəyirmanı istehsal edirdi. 40 illik uğurlu işdən sonra "Peugeot" rəhbərliyi özləri üçün tamamilə yeni bir istiqamətə yiyələnmək qərarına gəldilər və o dövrdə məşhur bazar seqmentinə - velosiped istehsalına hücum etməyə başladılar. Şirkət, maşın istehsalına çox sonra keçdi, naməlum bir təşkilatdan, qlobal bir nəhəngə qədər çox çətin bir yol keçdi.

2.    Bu markanın avtomobilləri kinematoqrafiyada fəal şəkildə istifadə olunur. Leytenant Kolombo haqqında köhnə detektivi xatırlayırsınızmı? Xarizmatik və bir qədər qəribə olan əsas personaj tam olaraq köhnə bir "pejocuq" sürürdü. "Peugeot 406" isə, meqa-məşhur "Taxi" kinofilmindən olan kino həvəskarlarına yaxşı tanışdır.

3.    Peugeot, elmi -texniki tərəqqidə edilən yeniliklərin sayına görə haqlı olaraq tanınmış lider hesab olunur. Təxminən əsr yarım əvvəl, daha dəqiq 1892-ci ildə, "Peugeot" avtomobillərində dünyanın ilk seriyalı rezin şinləri quraşdırılmağa başlandı. Təcrübənin uğurlu oldu və digər avtomobil istehsalçıları bunu uğurla mənimsədilər.

4.    Bu fransız markasının avtomobilləri bir çox yüksək vəzifəli şəxslərlə yanaşı, film və pop ulduzları ilə də çox məşhur idi. Xüsusilə, Fransanın keçmiş prezidenti Jak Şirak, onun sadiq pərəstişkarı hesab olunur. Fransanın hazırkı prezidenti milli istehsalçını dəstəkləyir və yalnız dövlət sinifli "Peugeot"a sahibdir. Ancaq, əlcəzairli bir nəfər, özü üçün şəxsi olaraq gövdəsi təmiz gümüşdən hazırlanmış "Peugeot" sifariş edib.

5.    Hamımız yaxşı bilirik ki, şirkət təkcə bahalı deyil, həm də dünyanın hər yerindən olan sürücülər arasında tanınan büdcə modelləri də istehsal edir. Məsələn, "Peugeot Bebe" bazara girdikdən dərhal sonra satış sayı baxımından bütün rekordları qırdı, çünki əla performans xüsusiyyətlərinə malikdir, qiymət baxımından isə geniş istehlakçılar üçün əlçatandır.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər