Aeratravel.az
Aeratravel.az

Toyota köhnə Land Cruiser yolsuzluğunu bazara qaytarır

  • 2 036
  • 0
  • 24-09-2021, 11:12
Toyota köhnə Land Cruiser yolsuzluğunu bazara qaytarır

Toyota şirkəti Land Cruiser yolsuzluğunun "yubiley" versiyasını bazara çıxaracaq. Model, markanın 70 illik yubileyinə təsadüf edir və buna uyğun olaraq “Land Cruiser 70” adını aldı. Yenilik, genişləndirilmiş sərinləşdirici barmaqlığı, qanadlarda qara təkər tağları, tam LED optikası və orijinal 16 düymlük diskləri ilə standart versiyadan fərqlənir.

Yolsuzluğun salonu bahalı işləmələrə malikdir – dəri və ağac. Land Cruiser "yubiley" salonu, köhnə modeldən smartfonların enerji ilə qidalandırılması üçün yuvacıqlarından və iki stəkan tutacağı ilə fərqlənir.

Toyota Land Cruiser 70, 205 at gücünə malik 4,5 litrlik V8 dizel mühərriki, 5 pilləli mexaniki sürət qutusu və tam ötürücülü sistemlə təchiz edilmişdir. Mühərrikin alternativi yoxdur.

Yenilik pikap və 5 qapılı yolsuzluq şəklində təqdim olunacaq. Modelin ümumilikdə 600 nüsxəsi buraxılacaq – yolsuzluq yalnız 80 nüsxədə, qalan 520 avtomobil isə pikaplar olacaq – 200-tək kabinli və 320-iki kabinli.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər