Aeratravel.az
Aeratravel.az

Avtomobil videoqeydiyyatçısına sahib sürücülər, niyə özləri ilə sarımsaq gəzdirməlidirlər?

  • 1 542
  • 0
  • 7-05-2021, 17:23
Avtomobil videoqeydiyyatçısına sahib sürücülər, niyə özləri ilə sarımsaq gəzdirməlidirlər?

Əgər, avtomobil videoqeydiyyatçısı (bundan sonra VQ) öz – özünə işləmirsə, bununla bağlı heç bir şey edə bilməzsiniz: ya təmirə, ya da zibil qabına. Ancaq biz, başqa bir geniş yayılmış problemdən bəhs edirik, bunun üçün faydalı bir cihaz istifadə etmək sadəcə mümkün deyil. VQ-nın ya pis olması, ya da avtomobilin alın şüşəsinə yapışmaması vəziyyətindən danışırıq. AVTO KLUB AZƏRBAYCAN, problemi kökündən həll edilə biləcəyi barədə danışacaq.

Deyək ki, VQ-nı şüşəyə quraşdırdıq, hər şey qaydasındadır, amma gözlənilməz bir anda, bərkidici ilə birlikdə avtomobilin döşəməsinə düşür. Sorucu qopdu! Düşən VQ-nın problemini həll etmək üçün, əvvəlcə VQ-nın sorucusunu və şüşənin səthinin təmizlənməsi tövsiyə olunur. Orada nəzərə çarpmayan bir kir qatı ola bilər – toz, tütün tüstüsü çöküntüləri və ya bənzər bir şey. Bu kir qatının hissəcikləri, sorucunun şüşəyə möhkəm yapışmasına imkan vermir və gec – tez qopur. Bu kir qatının şüşədən çıxarılması bəzən VQ-nın quraşdırılmasının etibarlılığını artırır.

Bu üsul cihazı qopmadan "müalicə" etmirsə, sorucunun özünə diqqət yetirin. Bəlkə də, nədənsə, onun materialı elastikliyini itirib – sadə desək "sərtləşib". Bu səbəbdən, şüşəyə düzgün şəkildə yapışa bilməz və VQ ilə birgə bərkidicinin ağırlığını saxlaya bilməz. Bəzən, silikon əsaslı sürtkü, sorucunun plastikinə elastikliyini bərpa etməyə kömək edə bilər. Yeri gəlmişkən, sorucu materialının səth qatını daha çevik hala gətirməklə yanaşı, səthin mikronahamarlığını doldurmaqla, əlavə olaraq şüşə arasındakı boşluğu da "möhür"ləmək lazımdır.

Ancaq bu üsulların hamısı çox vaxt uğursuz olur. Məsələn, qış aylarında VQ-nın bir gecədə donmuş sorucusunu nə ilə  bulaşdırsaz da, var gücünüzlə şüşəyə sıxsaz da – o qədər sərt olur ki, alın şüşəsinə yapışmaqdan yapışmaqdan imtina edir.



Ya da VQ-nın quraşdırıldığı yerdə alın şüşəsinin əyriliyi o qədər böyükdür ki, bu da sorucunun düzgün yapımmasına imkan vermir.
Beləliklə, VQ ilə sürmək istəyən bir avtomobil sahibinin ön panelin plastikinə yapışdırmaq üçün bir şey etməli olduğu və ya nə vaxtsa sorucunu alın şüşəsindən qopararkən, zərər vermədən möhkəm yapışdırması lazım olduğu ortaya çıxır. Ya da bu cür xoşagəlməz hallara hazır deyilsinizsə, avtomobildə VQ-dan imtina edin.

Ancaq qeydiyyatçını etibarlı şəkildə bərkidəcəyiniz və avtomobilin salonunu korlamayacağınız bir "türkə çarə" üsulu var. Bunun üçün bərkidicini sorucu ilə birgə quraşdırmadan əvvəl bir diş sarımsaq götürün, suyu görünənə qədər əzin, sorucunu bu maye ilə yağlayın, sonra isə şüşəyə quraşdırın. Bir neçə dəqiqə ərzində "üzvi yapışqanımız" quruduqda, VQ-nı bərkidiciyə bərkidirik və qəfil düşməsini əbədi unuduruq.
Sarımsaq yapışqanının gözəlliyi ondadır ki, yaxşı yapışma xüsusiyyətlərinə malikdir, su ilə yuyulur. Beləliklə, lazım olduqda, yapışdırılmış sorucunun izini, adi nəm parça ilə şüşədən asanlıqla silə bilərsiniz.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu 

Şərhlər