Aeratravel.az
Aeratravel.az

Əfsanəvi "Pobeda" kupe, dövrümüzdə necə görünə bilərdi?

  • 2 203
  • 0
  • 11-10-2021, 17:55
Əfsanəvi "Pobeda" kupe, dövrümüzdə necə görünə bilərdi?

Son zamanlar avtomobil dizaynının dəyərləndiriciləri getdikcə geriyə dönüş təkmilləşməsinə (tüninq) müraciət edirlər. Bəziləri sovet avtomobillərinə əsaslanan təkmilləşməyə, digərləri isə xarici avtomobillərə üstünlük verir. Ancaq, bu yaxınlarda müasir texnologiya, rahatlıq və nostalji xarici görünüşü çox uğurla birləşdirən bir layihə təqdim edildi. Nəticə bir qədər "Pobeda"nı xatırladan, lakin kupe gövdəli və Mazda RX8 və Toyota Mark II elementləri olan bir avtomobil oldu.




"Pobeda" kupenin texniki və konstruktiv xüsusiyyətlərinə gəldikdə, 2,5 litr mühərrikli və 200 at gücü olan Toyota Mark II-ni layihənin əsasını təşkil etdiyini qeyd etmək lazımdır. Donordan yeni “Pobeda”, sürət qutusu və şassi aldı. Ancaq gövdəyə gəldikdə, Toyota Mark II-nin yan şüşələri və damı, layihənin müəllifləri tərəfindən düşünülmüş şəkildə layihənin ümumi dizaynına uyğun gəlmədi. Bu səbəbdən orta gövdə hissələri üçün zərif Mazda RX 8 seçildi.




Gövdənin və təkmilləşmə elementlərinin istehsalı olduqca çətin idi, buna görə də "Pobeda" kupenin gövdəsi, qanadları və mühərrik bölməsi qapağı əllə hazırlanmalı oldu. Sərnişin rahatlığı və daha yaxşı uyğunluq üçün Mark II donorunun təkər bazası 500 mm artırıldı.




Avtomobilin salonunun həqiqətən eksklüziv olduğu ortaya çıxdı. Qapı kartları, arxa divan və ön oturacaqlar ağ dəridən hazırlanmışdır. Doğrudur, ön panel bir qədər ümumi üslubdan kənardır – avtomobil daha lüks bir həll tələb edir.




Bu avtomobildə əfsanəvi "Pobeda"dan heç nə qalmadığı görünə bilər. Lakin, layihənin əvvəlində, təkmilləşdirici (tüner) QAZ M20 “Pobeda” üçün arxa pəncərə, arxa və ön qanadlar və digər orijinal hissələr əldə etdi. Doğrudur, arxa qanadlar uyğun gəlmirdi, ön qanadlar yalnız fənərlər olan hissədə uyğunlaşdırıldı, arxa pəncərə isə mükəmməl uyğun gəldi.




Onda layihə hələ sona çatmamışdı, mat qara rəngə boyandı. O zaman qorxunc görünürdü, buna görə də bir müddət sonra maşını yenidən rəngləməyə qərar verildi. Nəticədə, "Pobeda"nın ağ olacağına qərar verildi.



2014 -cü ildə Kiyevdən gələn avtomobil Parisdəki yeni sahibinə təqdim edildi. Bir müddət sonra isə maşın yenidən yeni əllərə keçdi və Moskvaya köçdü.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər