Aeratravel.az
Aeratravel.az

Dünyada avtomobil zavodlarının dayanması üçün yeni səbəb tapıldı

  • 839
  • 0
  • 25-10-2021, 18:13
Dünyada avtomobil zavodlarının dayanması üçün yeni səbəb tapıldı

Qlobal avtomobil sənayesini iflic edən avtomobil elektronikasının bədnam çatışmazlığı bütün sənaye böhranları zəncirinin yalnız başlanğıcı ola bilər. İndi avtomobil istehsalı Çin maqnezium çatışmazlığı ilə təhdid olunur.

Financial Times-ın məlumatına görə, Çin hökuməti maqnezium zavodlarının yarıdan çoxunu bağlayıb. Nə üçün? Qeyri – rəsmi versiyaya görə, Pekin qarşıdan gələn Qış Olimpiya Oyunlarının qonaqlarını boz dumansız aydın səma ilə təəccübləndirməyə hazırlaşır. Baxmayaraq ki, ölkənin resurslara və elektrik enerjisinə qənaət kursuna yenicə başladığı rəsmi şəkildə elan edilir.

Konkret olaraq, Şensi əyalətinin səlahiyyətliləri 50 əritmə zavodundan 35-nin ilin sonuna qədər bağlanmasını tələb ediblər. İstinad üçün qeyd edək ki, bu metalın 80%-ni istehsal edən Çin tədarükçüləridir və Şensi əsas bölgələrdən biridir.

Bundan əlavə, maqnezium əsaslı ərintilər avtomobil sənayesi üçün vacib bir struktur materialdır. Onlardan karterlər, təkər diskləri, müxtəlif bərkidicilər və daha çox şey hazırlamaq üçün istifadə olunur.

Alman sənaye birliyi WV Metalle, Avropa avtomobil sənayesi üçün mövcud maqnezium ehtiyatlarının bir neçə həftə davam edəcəyi ilə bağlı artıq xəbərdarlıq edib. Nəticədə, ay ərzində bir ton maqneziumun dəyəri 75% artaraq 9000 dollarlıq nişanı keçdi.

Xammaldan sonra, hazır hissələrin bahalaşacağını və bu da öz növbəsində avtomobil istehsalçılarını qiymətləri qaldırmağa məcbur edəcəyini güman etmək məntiqlidir. Əgər təbii ki, avtomobil zavodları, yüngül ərinti komponentlərindən kəskin qıtlıqdan qətiyyən dayanmasalar.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər