Sırala:

Ən qeyri-adi Ford modelləri: nüvə reaktoru, illüminatorlar...

  • 890
  • 0
  • 8-05-2021, 13:22
Ən qeyri-adi Ford modelləri: nüvə reaktoru,  illüminatorlar...

Ford Avropada “ucuz” sxem üzrə maşın satan və hər kəsin yaxşı tanıdığı markadır, tarixi vətənində isə güclü kupe və F seriyası sayəsində məşhur olub. Amma bu modellərdən başqa çoxlu qəribə, qeyri-adi və cəsarətli modellər də olub. Maşın TV Youtube kanalındakı musiqi pleylistindəki musiqiləri qoşun və gəlin ən qeyri-adi modelləri incələyək. 


1958. Nucleon


İndi atom enerjisindən danışmaq ehtiyat tələb etsə də 50-60-cı illərdə Ford ciddi olaraq bütün modellərini mobil reaktorlarla təchiz etmək istəyirdi. Amerikalılar atomla işləyən maşın ideyası üzərində işləyirdilər və onun gələcəyinə inandılar. Qeyd edək ki, heç bir real prototip hazırlana bilmədi, hər biri genişmiqyaslı modellərlə məhdudlaşdı.



Planları isə çox idi: iki turbinli və reaktorlu güc quraşdırması arxa tərəfdə yer tuturdu, bir nüvə enerjisi kapsullu belə avtomobil 8000 km-ə qədər getməli idi, sonra isə onu xüsusi yanacaq doldurma məntəqələrində dəyişmək olardı. Radiasiyadan müdafiə şübhə doğururdu - sürücü və sərnişini reaktordan qapaq və qurğuşun ekran ayırırdı. Bütün bunların çəkisinin nə qədər olduğunu qəza halında nə baş verəcəyini təsəvvür etmək çətindir, amma xoşbəxtlikdən bu fikirdən daşındılar.  


1961-2016 Falcon Ute


Avstraliya dünyadan o qədər uzaqdır ki, onların hətta özünəməxsus avtomobil banı - yut var ki, o da özündə kupe və pikapı birləşdirir. Sürətli və praktik!


Əfsanəyə görə Ford bazasında yutları hələ İkinci dünya müharibəsinə qədər hazırlayırdılar, müharibədən sonrakı dövrdə isə Falcon Ute modeli xüsusilə məşhur oldu. Düz 2016-cı ilə qədər şirkət avstraliya bazarı üçün ideyanı hər yeni nəsillə inkişaf etdirirdi, son versiyalarda 360 at gücünə qədər mühərrikli modellərə rast gəlmək olurdu. Model yalnız alət və tikinti materialları daşımaq deyil, həm də şosedə sürmək və ya qızı təsirləndirmək istəyənlər arasında populyar idi. Cəmi 50 ildə yarım milyon belə idman pikapları hazırlanıb.


1974. Mustang II


Mustang-ların zəngin tarixində ikinci nəsli indi xatırlamaq ağrılıdır. Belə idi, boz və yazıq dünyaya gəldi, bir müddət konveyerdə əziyyət çəkdi. Amma biz yenə də Mustang II modelini yad edirik.


Bu “atın” əyri olmasının iki səbəbi var. Ford ilk nəslin "kök" olduğunu və nəhayət “cansıxıcı" olduğunu başa düşdü, sonra da neft böhranı başladı. Buna görə də ikinci nəsil avtomobili daha təvazökar etdilər, bu ölçüdə də özünü göstərdi. Heç 300 at gücü kimi super versiyası yoxdur, hər şey bəzəkli və dincdir: 4,9 litrlik V8 həcmində olan mühərrikin gücü 140 at gücünə bərabər idi. Geely Atlas-dan da az! Yenə də dörd ildə bir milyondan çox Mustang II satıldı. Mübahisəli görünüşü və “ürəyinin zəif” olmasına baxmayaraq olduqca uğurlu oldu.


1976. Corrida


70-ci illərdə öz dəblərini diktə edirdilər və Turindəki avtomobil sərgisi üçün tamamilə yeni Fiesta bazasında yeni Corrida konsepsiyasını təqdim etdilər. Maraqlı tərəfləri nədir?


Hər şeydən əvvəl qapıları maraqlıdır - yuxarı qalxmağı bəs deyildi, həm də yarıya qatlanırdılar. Üçüncü qapının iki hissəsi var idi - biri yuxarı açılırdı, digəri isə aşağı. Digər məsələlərdə xüsusi heç nə yox idi - ön ötürücü, zəif mühərrik və “mexanika”-ya sahib idi, buna görə də italyan avtomobil şousundan sonra konseptual model tarixə qovuşdu.


1977. Pinto Cruising Wagon


Universalı necə dəbə və cavanlara uyğun etmək lazımdır? Bunu 70-ci illərdə əsl “əzələli” maşın çatışmazlığına görə universalı idmana işarə etməklə cavab auditoriyaya müraciət etməyə qərar verən Ford-dan soruşun.


“Bütün dövrlərin ən dəbli modeli Ford Pinto”, - xarici həmkarlarımız belə zarafat edirlər. Əslində bu universal elə də pis deyildi: ucuz idi, arxa hissəsində illüminatorlara oxşar heç nə yox idi, mühərrik isə dörd silindrli ya 2,3, ya da 2,8 litrli V8 idi. Ancaq ideya uğursuz oldu - iki il ərzində 15 mindən bir az çox “kruiz” universalları buraxıldı, Ford Pinto-nun satışlarındakı ümumi azalma fonunda universalın buraxılışı bir neçə il sonra dayandırıldı.


1981. Mustang McLaren M81


Belə Mustang-lardan cəmi 10 ədəd buraxıldı. Belə nadirliyin səbəbi nədir və bu nə ilə əlaqədardır?


Bu IMSa yürüşləri və əfsanəvi McLaren komandası sayəsində oldu və ən qeyri-adi, sonradan isə nadir olduğu məlum olan Mustang modelinin hazırlanmasına səbəb oldu. Hazırlanma zamanı yanaşma eyni qalmışdı: kupeni aerodinamik boru, dörd silindrli, 190 at gücündə 2,3 litrli mühərriklə təchiz etdilər. Maşını 10-dan daha böyük sayda satmaq istəsələr də, onun həddindən artıq qiyməti buna mane oldu. 


1994. Power Stroke Concept


2021-ci ildə buraxılmış pikap modellər 1997-cil buraxılışı olan QAZ-a oxşayır. Ford bu qərardan çəkinmək belə istəmədi, hətta bu konsepsiyanı bir neçə seriyada sınadı.


İlk olaraq xarici görünüşə “əl gəzdirdilər” - ön tərəfin oxşar dizaynını tezliklə Explorer və F-150 modelləri əldə etdi. Pikapı 1994-cü illərdə böyük F seriyasına quraşdırılan 7.3 V8 PowerStroke turbo dizel mühərriki ilə təchiz etdilər. Bundan əlavə superpikapda kruiz nəzarət və kasetli maqnitofon var idi.


Tərcümə: Famil Ələkbərov

Mənbə: abw.by

Şərhlər