Aeratravel.az
Aeratravel.az

Kia yeni SUV EV9 elektromobilini təqdim edib

  • 959
  • 0
  • 21-11-2021, 09:41
Kia yeni SUV EV9 elektromobilini təqdim edib

Kia yeni tam elektriklə işləyən SUV EV9 modelini Los-Anceles avtomobil sərgisində təqdim edib.

Masin.az Marja.az-a istinadən xəbər verir ki, EV9 Kia-nın bu yaxınlarda təqdim etdiyi elektrikli modeli EV6-nın bir növ  konseptual davamıdır.

EV6 kimi, EV9 da, şirkətin elektromobillər üçün Elektrik-Qlobal Modul Platforması (E-GMP) üzərində qurulub.

Şirkətdən verilən məlumata görə, iti kənar konturların dizaynı təbiətdəki kristallar və qayalardan ilhamlanaraq hazırlanıb.

350 kilovatlıq enerji təqdim edən modelin batareyaları 20 dəqiqə ərzində 80% dola bilir. EV9-un batareyası tam dolu olduqda 483 kilometr məsafə qət etmək mümkündür.

Konsept avtomobilin salonu xaricindəki kimi kəskin xətlərdən ibarət deyil. Avtomobil 27 düymlük sürücü məlumat və multimedia displeyi ilə təchiz olunub.

3 cərgə oturacaqlara malik olan avtomobildə orta cərgə oturacaqları masaya çevrilə bilir. 1-ci və 3-cü cərgə oturacaqları isə qarşılıqlı  fırlanma xüsusiyyətinə malikdir. Alternativ olaraq, 3-cü sıra oturacaqları tamamilə fırlanaraq baqaj hissədən çölü izləmək mümkündür.

Avtomobilin döşəməsi üçün dənizdən toplanan balıq torları və plastiklər kimi təkrar emal edilmiş materiallardan istifadə edilmişdir.




Şərhlər