Aeratravel.az
Aeratravel.az

Siemens – hidrogen avtomobillərinin kütləvi istehsalına başlayır

  • 859
  • 0
  • 8-12-2021, 19:41
Siemens – hidrogen avtomobillərinin kütləvi istehsalına başlayır

Siemens, Britaniyanın “Riversimple” startapı ilə memorandum imzalayıb və bu memorandum çərçivəsində avtomobil istehsalçısı, hidrogen yanacağı ilə avtomobillərin kütləvi istehsalı üçün lazımi resursları alacaq.

“Riversimple” şirkəti “Rasa” ikiyerlik kupesinin istehsalına 2023-cü ildə başlayacaq, daha sonra - 2026-cı ildə hidrogen furqonunun istehsalına keçəcək. Şirkətin məqsədi 2032-ci ilə qədər müştərilərə 180 min hidrogen avtomobili lizinqə verməkdir.



“Riversimple” 2007-ci ildə yaradılıb və ilk hidrogen avtomobilini 10 ildən çox əvvəl hazırlayıb. Lakin, şirkət məhdud istehsal səbəbindən kütləvi bazara çıxa bilməyib – tədarüklərin maksimum həcmi ildə 5 min “Rasa” modeli ilə məhdudlaşdırılıb. “Siemens”in Böyük Britaniya bölməsi bu problemi həll etməyi öhdəsinə götürüb – təchizatçı Böyük Britaniyada hər biri ildə 5 min avtomobil istehsal edəcək iki yeni zavodun tikintisini maliyyələşdirəcək. Bununla da “Riversimple” başlanğıc kapitalı əldə edəcək, avtomobil istehsalının sürətini üç dəfə artıracaq və 220 yeni iş yeri yaradacaq.



“Siemens” həmçinin, “Riversimple”a möhkəm hidrogen tədarük zəncirləri qurmağa və istehsal xətlərini tədricən artırmağa kömək edəcək. Britaniya startapı həm mövcud müəssisələri genişləndirəcək, həm də yenilərini quracaq.

Şirkət daha bir minik avtomobili və kiçik miniven hazırlamağı planlaşdırır – hər iki model hidrogen mühərriki ilə təchiz ediləcək və “Rasa” ilə eyni platformada qurulacaq. 



“Siemens davamlılıq, hidrogen və dairəvi iqtisadiyyata olan həvəsimizi bölüşür və texnologiya proqram təminatı və zavod simulyasiyası, eləcə də texnologiya sektorunun maliyyəsi sahəsində dərin təcrübəyə malikdir” deyə “Riversimple”ın idarəedici direktoru Hyuqo Spauers bildirib.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər